Heydər Əliyev Fondu 3 oğlu və nəvəsi şəhid olan ana üçün ev tikdi (FOTOLAR)

13 İyul 2019 - 16:00
319 oxunma
Heydər Əliyev Fondu tərəfindən Ağdam rayonunun Evoğlu kəndində şəhid anası Qənirə Əmrahovanın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilən fərdi yaşayış evi istifadəyə verilib.
APA-nın xəbərinə görə, üç övladı və nəvəsi şəhid olan Qənirə Əmrahova üçün inşa edilən üçotaqlı evin ümumi sahəsi 80 kvadratmetrdir.
Evin otaqları zəruri avadanlıqla təchiz edilib.
Q. Əmrahova göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"