13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Heç arxayın olmasın ki…” – Yol polisindən xəbərdarlıq

23 May 2020, 11:14
Cəmiyyət
A A
“Heç arxayın olmasın ki…” – Yol polisindən xəbərdarlıq

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, müddəti keçmiş sürücülük vəsiqəsi olan şəxslərə karantin məhdudiyyətləri zamanı verilən güzəşt müddəti 31 may 2020-ci il tarixində başa çatır. 

Bu tarixədək köhnə sürücülük vəsiqələrinin ASAN xidmət və “ASAN Kommunal”da yeniləri ilə əvəzlənməsi başa çatdırılmalıdır. Çünki avtomobili müddəti başa çatmış sürücülük vəsiqələri ilə idarə edən şəxslər həmin müddətdən sonra cərimələnəcək. Lakin məlumdur ki, mayın 23-dən 30-dək tətil günlərində ASAN xidmətlər işləməyəcək, bu isə sənəd mübadiləsi prosesini çətinləşdirə bilər.

Maraqlıdır, məsələ ilə bağlı avtomobil sahiblərinə hər hansı güzəşt tətbiq olunacaq?

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verərək bildirib ki, ASAN xidmətlərdə vəsiqənin müddətini onlayn şəkildə yeniləmək mümkündür. Vətəndaşlar bundan istifadə etməlidirlər:

“Sürücülük vəsiqəsinin müddəti bitib, aidiyyəti qurumlar da işləmirsə, deməli Baş Dövlət Yol Polis İdarəsinin  Qeydiyyat-İmtahan Şöbəsi üzrə sürücülük vəsiqəsini yenidən əldə edə bilərlər. Həmçinin avtomobil sahibi ASAN xidmətlərdə vəsiqənin müddətini onlayn sistemlə yeniləməlidir.

Ümumilikdə isə sürücülər özləri bilər, ASAN xidmət nə cür xidmət göstərirsə, ona uyğun müraciət edib müddəti artıra bilərlər. Heç bir problem yoxdur, narahat olmağa da səbəb yoxdur, nəqliyyat vasitəsilə bağlı hər hansı bir sənədləşdirmədən söhbət gedirsə, Dövlət Yol Polisinin yaratdığı şəraitdən istifadə edərək mövcud çatışmazlığı aradan qaldırmaq mümkündür. Mən bilirəm ki, onlayn şəkildə müraciət edirlər və müraciət əsasında, öz istəklərinə nail olurlar”.

Vaqif Əsədov eyni zamanda avtomobillərin texniki baxışı ilə bağlı məsələyə də toxunub:

“Nəqliyyat vasitəsinə texniki baxışların keçirilməsi üçün konkret növbətçi ayrılıb. Hər gün, hətta istirahət günlərində belə orada nümayəndələr var, onlar texniki baxışdan keçməni tənzimləyirlər.

Bu gün sizin maşınınızın, sabah da mənim maşınımın müddəti bitə bilər. Hər bir avtomobil sahibi öz vaxtını bilib ona görə davranmalıdır. Həmişə texniki baxışdan keçən şəxsə sənəd verilir, burada gələn il nə vaxt keçməli olduğu yazılır, ona diqqət eləsinlər. Hətta əlavə 20 gün də vaxt verilir. Bu da yaradılmış şəraitdir, sürücülər bəhrələnsinlər.

Qeyd olunan müddət ərzində texniki baxışdan keçməyənlər sözsüz ki, cərimələnəcək, cərimələnmə ilə bağlı elektron qərar qəbul edilir. Cərimənin məbləği isə 50 manatdır. Düzdür, hələ pandemiya dövrü davam edir. Amma bu gün hərəkətlə bağlı məhdudiyyət yoxdursa, avtomobil sahibi istənilən istiqamətdə sərbəst hərəkət edə bilirsə, niyə gedib texniki baxışdan keçmir? Gözləyirlər ki, karantin bitsin, bir əlavə 20 gün də vaxt verilsin? Bu nə yanaşmadır axı…

Heç arxayın olmasın ki, cərimələnməyəcək. Vaxtında gedib texniki baxışdan keçsinlər, həmçinin qeyd olunan müddətdə də sürücülük vəsiqələrini yeniləsinlər”.

Əvvəlki yazı

106 nəfər virusa yoluxdu, ölənlər var

Sonrakı yazı

İran bu ölkələrlə sərhədləri açır

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.