
Dünyada olan nüvə silahlarının sayı açıqlanıb.
Reportyor.info xəbər verir ki, Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və ABŞ Elm Adamları Federasiyasının (FAS) hesablamalarına görə, hazırda dünyada ümumilikdə 14 min 995 nüvə silahı var.
Bu qədər nüvə başlığı cəmi 9 ölkənin əlindədir. Ən çox nüvə silahına Rusiya sahibdir. Şimal qonşularımızı ABŞ izləyir. Ən az nüvə başlığına sahib ölkə isə Şimali Koreyadır.
Rusya – 6850
ABŞ – 6450
Fransa – 300 (hidrogen bombası da var)
Çin – 280
İngiltərə – 225
Pakistan – 150
Hindistan – 140
İsrail – 80
Şimali Koreya – 20