05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hakimiyyət payızda erkən parlament seçkilərinə gedə bilər – iddia

16 Aprel 2018, 09:49
Gündəm
A A
Hakimiyyət payızda erkən parlament seçkilərinə gedə bilər – iddia

Mehman  Əliyev: “Bir ildə ikinci mühüm seçki keçirmək iqtidar üçün o qədər də çətin deyil”; Zahid Oruc: “Bu müddət hər hansı seçkinin keçirilməsi gözlənilmir”

Azərbaycanda 6 ay tez keçirilən növbədənkənar prezident seçkilərindən sonra 2020-ci ildə keçirilməli olan parlament seçkilərinin vaxtının iki il qabağa çəkiləcəyi barədə iddialar səslənir. Bu ilin payızında Azərbaycan iqtidarının ikinci mühüm seçkiyə gedəcəyi deyilir.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında bu ehtimalları yüksək dəyərləndirdi: “Əgər islahatlar başlasa, bu mənada parlament seçkiləri tezləşə bilər. Əslində İlham Əliyev son yarım ildə tez-tez belə fikirlər səsləndirdi ki, siyasi və iqtisadi islahatlar paralel getməlidir. Əvvəllər bu formada fikirlər səslənmirdi. Daha çox iqtisadi islahatlardan danışılırdı. Sonuncu dəfə İlham Əliyev yaxınlarda bu fikirləri təkrarladı. Siyasi islahatlar dedikdə parlament seçkiləri də ora daxil ola bilər. Bu mənada parlament seçkilərini gözləmək olar. Dəyişiklik başlayarsa, formalaşmış parlament bu dəyişikliyə uyğun deyil. Bu prosesə cəmiyyətin də daxil edilməsi üçün parlament deyilən meydançaya mövcud olan siyasi qüvvələrin də yığışması çox yaxşı olardı. Hakimiyyət üçün bir ildə ikinci mühüm seçki keçirmək o qədər də çətin deyil. Çünki gördük ki, prezident seçkiləri kifayət qədər rahat keçirildi. Əslində müxalifət bu seçkilərin texniki formada keçirilməsində iqtidara dəstək verdi. Bunu seçkiyə qatılmamaqla etdi. Prosesin sakit keçməsi üçün hakimiyyətə müxalifət şans verdi.

Mehman Əliyev ile ilgili görsel sonucu

İndi söz iqtidar tərəfdədir. Əgər parlamentdə müxalif insanların gəlməsinə şərait yaradılacaqsa, Qərb tərəfindən iqtidarın dəstəklənəcəyini düşünürəm. Açığı, İqtidara bu seçkiləri vaxtından əvvəl keçirmək də o qədər vacib deyil. Çünki dediklərinə hazırkı deputatlar səs verirlər. Cəmiyyətə ictimai müzakirələr başlamaq istəyi yaranarsa, parlament kimi platforma ən uğurlu variantdır. Bu, Azərbaycanda yeni bir keçid dövrünə imkan verə bilər”.

Deputat Zahid Oruc ikinci bir seçkini keçirməyin istənilən hakimiyyət üçün çətin olduğundan söz açdı: “Bütün hallarda seçki prosesi cəmiyyətin də həyatında ağırlıqlarla müşayiət olunur. Seçkilər cəmiyyətdə münasibətlərin aydınlaşdırılmasının və dövlət institutlarını formalaşdırmağın yeganə formasıdır. Bununla yanaşı, daim mənafelər uğrunda savaşın cəmiyyətdə önə çıxması, həssaslığın artması, həmçinin xaricdən yönələn ssenarilərin daha çox seçki ərəfəsinə düşməsi özü-özlüyündə sübut edir ki, bir il içərisində iki və ya üç seçki keçirmək ölkəni zəiflətməyin tərkib hissəsinə çevrilə bilər. Nəzərə alaq ki, Amerika kimi nəhəng bir dövlət uzun on illər ərzində müxtəlif qitələrdə seçki prosesi aktiv olduğu halda iki ilə yaxındır Trampın seçkisini Rusiyaya bağlayırsa, daha fərqli coğrafiyada yerləşən və dünyada fərqli çəkisi olan dövlətlərə görün bu təsirlər nə boydadır. Belə olan təqdirdə bu prosesdə gəlib hökmranlıq etmək istəyən və özlərinə sərfəli şəxsi iqtidara gətirmək, bunun nəticəsində ölkənin siyasi, iqtisadi mənzərəsini diktə etmək, öz hakimiyyətini xaricdən qurmaq ssenariləri hər zaman olub. Ona görə prezident seçkilərinin yekunlarına qiymət verərkən bu amili dəyərləndirməliyik ki, bu ssenarilər çox şükürlər olsun Azərbaycanda alınmadı. Ölkəmizdə prezidentin seçilməsi xalqın özünün iradəsinin məhsulu kimi təzahür etdi. Parlament və digər seçkili orqanlarda növbədənkənarlığı təsdiq etməyin bir neçə amilinə münasibətimizi bildirməliyik. İlk növbədə, açığı demək lazımdır ki, dediyiniz mövzu oradan qaynaqlanır ki, bir sıra qüvvələr ali icra hakimiyyəti orqanında təmsil olunacağına ümid etmir. Çünki yerlər birdir. Bunu parlament üzərindən həyata keçirmək istəyirlər. Ona görə mediada, sosial şəbəkələrdə dediyiniz məsələlər daha çox tirajlanır, gündəmə gətirilir. Digər tərəfdən belə bir mövqe də var ki, mübahisələr vaxtında kəsilsin, 2019-cu ildə bu baş versəydi, bu müzakirələr uzun müddətə kəsilərdi, kimsə kənara boylanmazdı, seçkilərin sonunda olanlar hamı tərəfindən qəbul olunar, xalqın hakim roluna dəyər verilər, hər kəsin yerinin harada olduğu görünər. Bununla da bütün qovğalar iflasa uğrayar. Bu məsələlərdən çıxış edərək, parlament seçkilərinin vaxtının irəli çəkilməsi ideyasından çıxış edənlər var. Amma gəldiyim qənaət ondan ibarətdir ki, Milli Məclisin səlahiyyət müddəti 2020-ci ildə başa çatır, bu müddət ərzində hər hansı bir seçkinin keçirilməsi qətiyyən gözlənilmir. Açığı, buna zərurət də yoxdur.

Deputat Zahid Oruc ile ilgili görsel sonucu

Önəmlisi odur ki, bütün istiqamətlərdə görülən işlər o qədər böyük olmalıdır ki, hansısa bir şəxs və ya şəxslərin bu düşüncəsinə əsas qalmasın. Ən vacıb olanı odur ki, prezident seçkilərindən sonra ortaya çıxan və yerinə yetirilməsi vacib olan gündəlikdəki vəzifələrdə parlamentin iştirak etməsidir. Qalib lider İlham Əliyev qanunverici orqanda hakim partiyanın üzvlərinin sayının çoxluğu ilə təmsil olunur. Belə olan təqdirdə hər kəs başa düşməlidir ki, onun atdığı addımlar hakimiyyəti gücləndirən sistemdən çıxış etməlidir. Əksinə, onun səhvi, hər hansı bir sayğısız ifadəsi, media ilə münasibətlərinin pis olması və digər bu kimi mənfi hallar öz-özlüyündə iqtidarın mənfisinə işləyir. Heç bir halda bunlara yol vermək olmaz. Güclü icra hakimiyyəti orqanını güclü qanunverici orqan üzərində davam etdirməliyik. Bundan ötrü parlament seçkilərini 2019-cu ilə daşımaq fikrini irəli sürməkdəsnsə, bugünkü reallıqda hazırkı formatda dediyimiz işləri həyata keçirmək daha doğrudur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Əvvəlki yazı

Almaniyada polis işləyən azərbaycanlı qız (FOTO/VİDEO)

Sonrakı yazı

“TÜRKİYƏ ORDUSU NAXÇIVAN ÜZƏRİNDƏN QARABAĞA KEÇƏCƏKDİ…” – Sensasiyalı açıqlamalar

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.