13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hakimiyyət hansı halda istefaya çağırıla bilər…

03 Aprel 2018, 09:36
Gündəm
A A
Hakimiyyət hansı halda istefaya çağırıla bilər…

Ekspertlər hesab edir ki, hazırda bu şüarı aktual edən siyasi, iqtisadi səbəb yoxdur; “Fikirləşmirlər ki, əhali hansı səbəbdən onların arxasınca getmir”

İllərdir ki, ölkə müxalifəti keçirdiyi mitinqlər zamanı dəyişməz şüarlar səsləndirir. Belə ki, Azərbaycan Milli Azadlıq Hərəkatı illərində meydanlarda səslənən “Azadlıq”, “İstefa” şüarları bu gün də müxalifət funksionerlərinin dilindən düşmür. Təkcə mitinqlərdə deyil, eləcə də hər hansı bir tədbir zamanı da çox zaman müxalifət liderlərinin dilindən məhz bu şüarları eşidirik.

Bəs hansı hallarda hakimiyyət istefaya çağırıla bilər? Eyni zamanda müstəqil ölkədə “Azadlıq” deyə hayqırmaq nə dərəcədə doğrudur?

“Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirib ki, ölkə müxalifətinin zəif olmasının da səbəbi elə bu kimi hallardır:

“Müxalifətin ən ciddi problemi odur ki, onlar ancaq başqalarının hərəkətini qiymətləndirirlər. Özlərinin hərəkətini isə dəyərləndirmək imkanından məhrumdurlar. Nəticə olaraq illərdir ki, eyni şüarlarla meydana çıxırlar. Fikirləşmirlər ki, səsləndirdikləri şüarlar nə üçün effekt vermir və əhali hansı səbəbdən onların arxasınca getmir. Bu faktdır ki, müxalifətin  keçirdiyi sonuncu mitinqlərə də kifayət qədər az adam qatıldı. Bunun səbəbi müxalifətin ortalığa real siyasət qoya bilməməsidir. Azərbaycanda hakimiyyət, xüsusilə də prezident İlham Əliyev yüksək səviyyədə siyasət aparır. Dövlətin daxili və xarici siyasəti maksimal həddədir. Hər şey çox ciddi surətdə hesablanır və dəqiqliyi ilə aparılır. Müxalifət fikirləşsin ki, ölkədə İlham Əliyevin siyasətindən narazı olan müəyyən sayda adamlar nə üçün onların ətrafına yığışmır, mitinqlərinə gəlmirlər? Vaxtilə Qərb müxalifətin üzünə bütün qapılarını açmışdı. İndi isə bizim ”demokratiya mayakı” dindarlar olub. Unutmayaq ki, dindarlar cəmi bir dəfə hakimiyyətə gələcəklər. Daha sonra onlar hakimiyyəti heç kimə verməyəcəklər. Bugünkü hal müxalifət üçün faciədir. Mən də müxalifətin sıralarında olmuşam. Ona görə də müxalifətin vaxtilə nə boyda bazasının olduğundan xəbərdaram. İndi isə o bazanı məhv ediblər. Çünki özlərindən çox razıdırlar, konsepsiyaları yoxdur, hakimiyyəti ancaq söyüşlə tənqid edirlər. Nə üçün siyasətdən danışmırlar? Real, konkret məsələlərdən söhbət getməlidir. Son dövrlərdə baş verənlər Azərbaycanda demokratik düşərgənin faciəsidir. Bu adamlar hərəkətlərinə nəzarət etməlidirlər”.

Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, hazırda “İstefa” şüarını səsləndirmək üçün heç bir siyasi əsas yoxdur: “Ölkəmizdə hakimiyyəti istefaya çağırmağın real siyasi, iqtisadi, hərbi əsası yoxdur. Azərbaycan hökumətinin apardığı Qarabağ siyasətinin nəticəsidir ki, bu gün Ermənistan geosiyasi izolyasiya vəziyyətindədir. Yəni Azərbaycan üçün artıq Dağlıq Qarabağ yox, Ermənistan məsələsi var. Bunu erməni ekspertlərin özləri də etiraf edirlər. Serj Sərkisyanın dövründə Ermənistanın borcu 300-400 milyondan 7 milyard dollara qalxıb. Bu yaxınlarda çox maraqlı bir məsələnin üstü açıldı ki, Azərbaycanın diplomatik aktivliyi ermənilərin hərbi aktivliyindən daha çox effekt yaradıb. Ötən ay ərzində Türkiyənin yüksək çinli məmurları bir neçə dəfə Azərbaycanda oldular. Eyni zamanda Bakıda xarici işlər nazirlərinin görüşü, qlobal forum keçirildi. Həmin ərəfədə erməni ekspertləri deyirdilər ki, Ermənistan gərək bu regiondan başqa yerə köçə. Yəni bu gedişlə Azərbaycan Ermənistanı regiondan sürgün edəcək. İqtisadi baxımdan da Azərbaycanda geriləmə yoxdur. Regionu tədqiq edən mərkəzin rəhbəri kimi bunu əminliklə deyirəm.

Adi Türkmənistan, Qazaxıstan qəzetlərində yazılanları oxusunlar. O zaman görəcəklər ki, Azərbaycan dünyadakı proseslərə nə qədər dözümlülük nümayiş etdirib ki, iqtisadi mövqelərini itirməsin. Azərbaycan prezidentinin apardığı siyasətin ən ciddi uğuru bizim İranla bağlı apardığımız siyasətdir. Əhmədinejat hakimiyyətə gələn zaman ”Məxməri inqılab” barəsində düşünürdü.

Hesab edirdi ki, İlham Əliyev cavandır, onu devirə biləcək. Ancaq bu gün İran Azərbaycanla layihələr işləyir. Azərbaycan o qədər yüksəlib ki, İrana investisiya qoyur. Bunu görmək lazımdır. İran da Azərbaycanla münasibətində maraqlıdır və bu istiqamətdə işlər görülür. Siyasi baxımdan da biz heç bir müttəfiq itirməmişik. ABŞ-la münasibətlər qarşı tərəfə görə müəyyən müddətdə gərgin olsa da, hazırda münasibətlər əla səviyyədədir. Rusiya ilə münasibətlərimizi xüsusi qeyd etməliyik. Azərbaycan bu ölkə ilə də münasibətlərini çox yüksək səviyyədə qurub. Eləcə də Türkmənistan, Türkiyə ilə də münasibətlər göz önündədir. Ölkənin daxilində də əhali sabitliyi görür. Əsas məsələ də elə budur. Ölkə rəhbərliyinin siyasəti doğru olduğu üçün bu gün Azərbaycanda sakitlik, sabitlikdir. Ona görə də heç bir əsas yoxdur ki, müxalifət hakimiyyəti istefaya səsləsin. Elə bu cür mənasız şüarlar səsləndirdikləri üçün də meydanları boş qalıb, mitinqlərinə gələn yoxdur. Əksinə, gündən-günə ətraflarına toplaşan azsaylı adamlar da dağılışırlar”.

Əvvəlki yazı

Prezidentliyə namizəd Zahid Orucdan hadisə kimi açıqlamalar

Sonrakı yazı

Aytəkin Alxaslı generalın yanında yıxılıb – Hamı bu videodan danışır

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.