“Yerlərdə narazılığı yaradanlar məmurlardır, icra nümayəndələridir, təhsil şöbələrinin müdirləridir. Məsələn, Gədəbəyin təhsil şöbəsi rayonda priton açıb. Nazir Ceyhun Bayramov hara baxır? Kordur, görmür ki, təhsil şöbə müdirləri nələr edirlər?” Bu sözləri Reportyor.tv-ya video müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. MMP sədri qeyd edib ki, təhsil şöbələrinin müdirləri bir çamadan pul verib vəzifəyə gəldiklərini söyləyirlər: “Nə qədər dövlətə şər atacaqsınız? Prezidentin o pula ehtiyacı var? Ona görə də məmurlar özlərini yığışdırmalıdırlar, ölkədə gedən islahatlar, dövlət başçısının vəzifədən azad etdiyi məmurların aqibətinə baxıb dərs çıxarmalıdırlar”. Qeyd edək ki, bir müddət əvvəl Gədəbəy təhsil şöbəsi müdir Baxış Nağıyevin adamı kimi özünü təqdim edən şəxs nəşriyyatda Reportyor.info saytının baş redaktoru Arifə Əliyevaya hücum çəkmişdi və təhsil şefi haqda gedən yazı ilə bağlı onu ölümlə hədələmişdi. Jurnalsit polisə müraciət edib və araşdırma aparılır.
ARIFƏ
REPORTYOR.info