Müasir Müsavat Partiyası sentyabrın 22-də mitinq keçirmək qərarı verib. MMP-nin mətbuat xidmətindən Reportyor.info-ya verilən xəbərə görə, bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub. Partiya mitinq keçirməsininin səbəbi ölkədə bəzi siyasi qüvvələrin və xaricdəki dairələrin Azərbaycanda sərbəst toplaşma azadlığının olmaması barədə fikirlərinə etiraz etməkdir. Mitinqdə məmur özbaşınalığına, rüşvətxorluğa, ölkə rəhbərliyinə qarşı təşkil edilən qərəzli kampaniyalara da etiraz olunacaq. MMP mitinqə icazə verildiyi halda 10 min üzvünün iştirak edəcəyini bildirib.