Hafiz Hacıyev mitinqə hazırlaşır, BŞİH isə…

19 Sentyabr 2019 - 10:28
1932 oxunma

Sentyabrın 22-nə mitinq təyin edən Müasir Müsavat Partiyasının yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə hələ də rəsmi cavab verilməyib.

Bu barədə Reportyor.info-ya partiyanın mətbuat xidmətindən bildirilib ki, mitinqin təyin olunduğu vaxta üç gün qalsa da, BŞİH məktubda rəsmi cavab ünvanlamayıb.

Partiyanın mətbuat xidmətindən deyilib ki, BŞİH-lə bir neçə dəfə əlaqə saxlanıb və müraciətə baxıldığı bildirilib. Lakin hələlik heç bir cavab gəlməyib. Bununla belə, MMP mitinqə hazırlıqları davam etdirir, təşkilatlanma işləri gedir.

Partiyanın sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev mitinqin keçirilməsinə səbəb xaricdəki anti-Azərbaycan qüvvələrin fəaliyyətinə etiraz və daxildə məmur özbaşınalığı ilə bağlı olduğunu açıqlamışdı.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"