46-cı “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi yeni formatda baş tutub. Koronavirus səbəbindən təxirə salınan mükafatlandırmanın iştirakçıları onu evdə alıblar.
Reportyor.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, mükafatı alanlar sırasında müğənni Hadisə də olub. Onun “Altın Kelebek”lə çəkdirdiyi fotolar minlərlə bəyənmə alıb. Sənətçinin geyimi də ən az mükafat qədər müzakirə olunub.
Belə ki, sosial şəbəkə istifadəçiləri onun geyiminin qiymətini araşdırıblar. Məlum olub ki, Hadisənin çiçəkli libasının qiyməti 30 min lirədir (7140 manat).