13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HACIYEVİN LONDONDAKI MÜLKÜ MÜSADİRƏ OLUNDU – 28,5 milyon da belə getdi

08 Oktyabr 2018, 20:22
Seçmə
A A
HACIYEVİN LONDONDAKI MÜLKÜ MÜSADİRƏ OLUNDU – 28,5 milyon da belə getdi

Oliqarxların Azərbaycandan oğurladığı pulları ingilislər “yeyəcək”

Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş daşınmaz əmlakın müsadirə edilməsinə əsas yaradan qanunu ilk dəfə azərbaycanlı keçmiş bankir, hazırda dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevə qarşı tətbiq ediblər.  Virtualaz.org xəbər verir ki, bir neçə ay əvvəl keçmiş sovet respublikalarından olan və iqtisadi cinayətlərə görə həbs edilən keçmiş iri bankirin arvadının Londondakı mülklərinin və digər aktivlərinin çirkli pulların yuyulmasına qarşı mübarizə qanun əsasında müsadirə ediləcəyi haqda Britaniya mətbuatı yazmışdı.

256879_src

Lakin həmin vaxt həmin bankirin və arvadının adı açıqlanmırdı, bununla belə virtualaz.org bank çevrələrindən dəqiqləşdirmişdi ki, söhbət məhz bizim “Canikdən” və arvadı Zamirə Hacıyevadan gedir. Zamirə Hacıyeva ərinin həbsindən az əvvəl Azərbaycanı tərk edib və hazırda beynəlxalq axtarışdadır. Azərbaycan Beynəlxalq Bankından oğurlanan pulların bir qisminin Böyük Britaniyada Z.Hacıyeva tərəfindən müxtəlif aktivlərə yatırıldığı və banklarda saxlanıldığı məlum idi.

2

İndi “Banksta” adlı Telegram-kanal məlumat verir ki, çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində əmlakı məhkəmə tərəfindən müsadirə edilən bankir arvadı məhz Zamirə Hacıyevadır. Məhkəmə onun Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini müsadirə etmək barədə qərar çıxarıb. Çünki məhkəmə prosesində Zamirənin vəkilləri həmin daşınmaz əmlakın qanuni şəkildə əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməyiblər. Bu, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərardır.

 

4

Britaniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə Ofisi artıq bəyan edib ki, Zamirə Hacıyeva ərinin Azərbaycan Beynəlxalq Bankından çıxardığı pullar hesabına özünə Londonda iki daşınmaz əmlak obyekti alıb. Bundan əvvəlki məhkəmə dinləmələrində bildirilirdi ki, Zamirə Londonda kraliçalarsayağı həyat tərzi keçirib. O, özəl təyyarədən istifadə edib, bir dəfə isə Londondakı “Harrods” univermağından 16 milyon funt sterlinq məbləğində alış-veriş həyata keçirib. Dinləmələrdə başqa fakt da açıqlanıb: Zamirə 150 min funt sterlinqə brilyant alıb. Bildirilir ki, Hacıyeva əmlakın müsadirəsinə dair çıxarılmış hökmdən verdiyi apelyasiyanı ötən həftə London Yüksək Məhkəməsində uduzub.

5Məlumata görə Hacıyevanın nümunəsində həmin qanunun necə işlədiyini sınaqdan keçirməyi qərara alıblar. Növbəti qurbanlar isə daha məşhur adamlar-hazırda vəzifədə olan yüksək vəzifəlilər və məşhur oliqarxlar ola bilər. Həmin qanundan ehtiyat edərək bəzi rusiyalı oliqarxlar artıq Britaniyadakı aktivlərini satır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından az qala 15 milyard manata yaxın pullar kreditlər adı altında müxtəlif layihələrə , kağız üzərində offşor şirkətlərin hesablarına yönəldilib və geri qayıtmayıb. Bankın müflis olmaması üçün Azərbaycanın dövlət büdcəsindən milyardlarla manat xərclənib

Əvvəlki yazı

Milyonlar xərcləyib canını həbsdən qurtaran Əli Abbasovun “qurbanları” artır

Sonrakı yazı

Türkiyə İraqın şimalını bombalayıb – 9 terrorçu zərərsizləşdirilib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.