05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hacı Şahin: “Yas yerlərinə getməyin!”

04 İyul 2020, 13:45
Cəmiyyət
A A
Hacı Şahin: “Yas yerlərinə getməyin!”

ABŞ-dan fərqli olaraq, Azərbaycanda diskotekalar, klublar, spirtli və spirtsiz içki verilən bütün kafelər, “pub”lar sərt karantin rejimi səbəbindən bağlanıb.

Lakin amerikalılar barlardan qurtula bilmədikləri kimi, bizimkilər də yas məclislərindən çıxmırlar. Həkimlər və Operativ Qərargahın üzvləri təsdiqləyirlər ki, yoluxmaların ən çox olduğu yerlərdən biri yas mərasimləridir.

Sözsüz ki, yeganə səbəb yas mərasimləri ola bilməz, amma regionlarda infeksiyaya yoluxmanın faktorlarından biri də hüzr yerləridir. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli “Yeni Müsavat”a bildirdi ki, pandemiyanın yayılmasını sürətləndirən kütləvi toplaşma yerləridir. Onun sözlərinə görə, bütün ölkələrdə istənilən səbəbdən yığışmaq məhdudlaşdırılıb:

“Hələ karantinlə bağlı qərar qəbul edilməmişdi, Qafqaz Müsəlmanları İdarəsi məscidlərdə ayinləri dayandırdı, inanclı insanlar da bunu anlayışla qəbul etdilər. Bu il Həcc ziyarətləri də təxirə düşdü. İnsanlar fikirləşməlidirlər ki, Həcc kimi müqəddəs ziyarət təxirə salınıbsa, deməli, vəziyyət təhlükəlidir və yas yerlərində toplaşmaq yolverilməzdir”.

Hacı Şahin xatırlatdı ki, Quranda insanlara çağırış var: “Deyir ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yas məclisinə gedib başsağlığı verən adam savab qazandığını düşünür, amma özünün və başqalarının həyatına təhlükə yaradır. Ona görə mən bir daha çağırış edirəm, yas yerlərinə getməyin. Bu həm qanundur, həm Allah qarşısında məsuliyyətdir. Çünki Allah canı bizə əmanət verib, cana qəsd isə günahdır.

Odur ki, telefonla başsağlığı verə bilərsiniz, hüzr sahibi də anlayışla qarşılayar, başa düşər ki, bu vəziyyətdə bir evə yığışmaq riskdir. İnsanlar bilməlidirlər ki, Həcc ziyarəti təxirə düşdüyü halda yas yerinə getmək olmaz.

Biz hər gün yoluxmaları görürük, təhlükə realdır, hamının tanışında, yaxınında bu xəstəliyə tutulanlar var. O baxımdan özümüzü qorumaq, son dərəcədə məsuliyyətli olmaq lazımdır”.

Əvvəlki yazı

Bakıda yeni doğulan 4 körpəyə həkimlərdən koronavirus keçdi

Sonrakı yazı

Bakıda “ad günü” keçirənlər cərimələndilər

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.