03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hacı Qalib vətəndaşın villasını dağıdıb, həyətini avtodayanacağa çevirib – REPORTAJ

04 Noyabr 2018, 23:56
Sosial
A A
Hacı Qalib vətəndaşın villasını dağıdıb, həyətini avtodayanacağa çevirib – REPORTAJ
Sabiq deputat Hacı Qalib Salahzadə ilə Bakı şəhər sakini, mülkiyyətçi Seymur Quliyev arasında çəkişmə davam edir. “Yeni Müsavat”a müraciət edən S.Quliyev, Hacı Qalib Salahzadənin ona məxsus 3 və 2 mərtəbəli evlərini əşyaları ilə birlikdə yerlə bir edərək, torpağını özəlləşdirməsi ilə bağlı şikayətçi olub.
Vətəndaşın sözlərinə görə, evləri talan edilib, əşyaları oğurlanıb,həyəti dağıdılıb. Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 186-cı – əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci – torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilsə də, S. Quliyev hüquqlarını bərpa edə bilmir.
Şikayətçi başına gələnləri belə izah etdi: “2012-ci ildə mən xaricdə olarkən, Sabunçu rayonu, 14-cü polis bölməsinin tədqiqatçısı mənə zəng vuraraq, bildirdi ki, Qalib Salahzadənin qardaşının həyat yoldaşı Salahzadə Rəhilə məndən şikayətçi olub. Güya mən üç silahlı şəxslə birgə onun mülkiyyətinə basqın etmişəm. Mən dərhal Bakıdakı vəkilimə müraciət elədim ki, bu məsələni araşdırsın. Bir müddətdən sonra Azərbaycana gəldim, həmin müstəntiqlə görüşdüm. Mənim evimə və ərazimə baxdı. Evimin bütün sənədlərini ona təqdim elədim. İşə baxdıqdan sonra müstəntiq hər şeyin qanuni olduğuna əmin oldu və işi bağladı.
Rəhilə Salahzadə isə iddiasında həmin ərazinin özünə məxsus olduğunu bildirmişdi. 2002-ci ildən mənə məxsus olan topağı qeyri-qanuni yolla əldə etdiyi bələdiyyə sənədi ilə öz adına keçirib. Mənimlə yanaşı qonşumun da torpağını zəbt edib. Qadının adından polisə saxta bələdiyyə sənədi və qəbz təqdim edən də elə Qalib Salahzadə idi.
Həmin saxta sənədlərdə yazırdılar ki, guya mənim mülkiyyətimdə olan torpaq bələdiyyənin olub və 2003-cü ildə köhnə manatla 37 milyona Rahilə Salahzadəyə satılıb. Həmin qəbz “Tərəqqi” şirkəti tərəfindən çap olunmuşdu. Biz o şirkətə müraciət elədikdən sonra bizə bildirdilər ki, həmin qəbz 2005-ci ildə Bilgəh bələdiyyəsi tərəfindən sifariş olunub. Yəni Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi. 2005-ci ildə çap edilən qəbzdən Bilgəh Bələdiyyəsi 2003-cü ildə necə istifadə edə bilərdi? Buna baxmayaraq nə Rəhilə xanım, nə Bilgəh bələdiyyəsinin işçiləri məsuliyyətə cəlb olunmayıblar”.
Seymur Quliyev bildirdi ki, bütün bu proseslər Hacı Qalibin deputat olduğu dövrdə baş verdiyindən , ona qarşı nə qanuni , nə də inzibati yolla hər hansısa mübarizə aparmaq mümkün olmayıb: “2012-ci ildə bağbanım mənə zəng vurub dedi ki, Qalib Salahzadə qonşumla aramızda olan taxta hasarı sındırıb, daş hasar hörmək istəyir. Məqsədi həm mənim, həm də qonşumun torpağını öz ərazisinə qatmaq idi. İki torpaq ümumilikdə 50 sotdan çox idi. Bağ evimə gəlib gördüm ki, Qalibin rəhbərliyi altında fəhlələr işləyir. Özü də orada idi. Mən ondan hansı əsasla bu işi gördüyünü soruşdum . Dedi ki, ümumiyyətlə burada bütün ərazilər ona məxsusdur. Mən də həmin ərazinin ona məxsus olduğunu göstərən sənədləri tələb etdim və qanunsuz hərəkətləri ilə bağlı prezidentə, Milli Məclisə şikayət edəcəyimi bildirdim. İstehza ilə dedi ki, kimə istəyirsən şikayət elə , heç bir nəticəsi olmayacaq. Həqiqətən də haqlı çıxdı. Bu illər ərzində onun haqqında heç bir hüquqi tədbir görülmədi”.
Şikayətçi deyir ki, bunun ardınca Hacı Qalib ona məxsus olan ikimətəbəli evi, hovuzu yerlə yeksan edib, ərazisini asfaltlayıb avtodayanacağa çevirib: “Həmin ərazidən çimərliklərə yol gedirdi. Qalib Salahzadə əhalinin çimərliyə gedən yolunu da hündür dəmir hasarla bağladı. Yalnız orada restoranı fəaliyyət göstərir. Evimizin ərazisini isə restorana gələn maşınlar üçün dayanacağa çevirib. Restorana və yaxud dənizə gələnlər dayanacaqdan istifadə üçün 5 manat ödəməli olur. Bütün bunlar baş verərkən, Bakı Şəhər İcra Hakimiyyəti də qanunsuz sərəncam verərək onu müdafiə elədi. Onlar sərəncamı ləğv edə bilərdi. 2012-ci ildə məhkəmə prosesi zamanı o vaxtkı Bakı meri Hacıbala Abutalıbov 2.5 hektar ərazinin sərəncamını ona vermişdi. Bunun 2 hektarı Hacı Qalibin, 0,5 hektarı isə qonşumla mənə məxsus idi. Bizim torpağımız da sərəncamın içində Hacı Qalibin torpağına qatılmış oldu. Mənim və qonşumun əlində çıxarış ola-ola, Dövlət Reyster Xidməti və Daşınmaz Əmlak üzrə Dövlət Komitəsi onlara da həmin çıxarışdan verib. Məhkəmə qərarından sonra bir dəfə də alqı-satqı da eləyib, “İnşaat Sevis”in əlində olan “kupça”nı Xatirə Salahzadəyə verib. Bu sənəd veriləndən sonra Hacı Qalib mənim evimi 2012-2015-ci illər ərzində hissə-hissə dağıdıb”.

S.Quliyev onu da vurğuladı ki, həmin sərəncam məhkəmə tərəfindən qanunsuz elan edilsə də, qərar icra olunmur: “Biz həmin sərəncamı məhkəməyə verdik. Bakı şəhər 2 saylı İnzibati- İqtisad Məhkəməsi sərəncamı ləğv etdi. Buna baxmayaraq Hacıbala Abutalıbov məhkəmənin qanunsuz saydığı sərəncamı müdafiə etməyə davam etdi. Ali Məhkəmədə də bizim xeyrimizə ədalətli qərar verildi, Hacı Qalibin sərəncamı ləğv edildi. 2018-ci ilin may ayında Respublika Prokurorluğunda təzədən cinayət işi açılıb. İndi də Daxili İşlər Nazirliyinin Ağır Cinayətlər Məhkəməsində işə baxılır. Biz yenidən bu yolun açılması ilə bağlı Respublika Prokurorluğuna müraciət etdik.
Prokurorluq öz növbəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib. Ancaq hələ də bu yol bağlı olaraq qalıb. Yolun açılması üçün 35 sakinin imzası ilə şikayət göndərilib. Mən aidiyyatı orqanlardan xahiş edirəm ki, günahkar şəxslər məsuliyyətə cəlb olunsun və mənim mülkiyyətimə dəyən zərər, eləcə də əhalinin çimərliyə gedən yolu bərpa edilsin. Həmçinin Konstitusiyasının Mülkiyyət hüququ ilə bağlı 29-cu maddəsini xatırlatmaq istəyirəm ki, mülkiyyət toxunulmazdır. ”
Əvvəlki yazı

Avro ucuzlaşmaqda davam edir, dollar isə… – Ekspertlər açıqladı

Sonrakı yazı

“Cənub Qaz Dəhlizi” layihəsi sanksiyalardan kənarda qalacaq –Kəmər antiiran siyasətində istisnalar siyahısına düşüb

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.