Hacı Mazan haqda son xəbər

12 İyul 2019 - 22:48
327 oxunma
Hacı Mazan (Ramazan Əliyev) yaxın günlərdə xəstəxanadan çıxacaq.
Reportyor.info Lent.az-a istinadən xəbər verir ki, bunu R.Əliyevin həkimi Cəfər Nəsirli deyib. O bildirib ki, Ramazan Zeynalovun vəziyyəti normaldır: “Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında müalicəsi davam edir. Yenidən əməliyyat olunması hələ ki, planlaşdırılmayıb. Yaraları sağalıb. Yəqin ki, iki-üç günə evə buraxılacaq”.
Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olan Masallı rayonu, Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”ində qəzaya uğrayıb.
Nəticədə o özü və sürücüsü – 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Əliyev yenidən əməliyyat edilib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"