01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HƏSƏN RUHANİ İSTEFA VERMƏYƏ HAZIRLAŞIRMI? –Özgələr arasında doğma, doğmalar arasında yad adam – TƏHLİL

16 Avqust 2019, 11:21
Manşet
A A
HƏSƏN RUHANİ İSTEFA VERMƏYƏ HAZIRLAŞIRMI? –Özgələr arasında doğma, doğmalar arasında yad adam – TƏHLİL

Şahir Şahidsaless

“Atlantic Council”, 15.08.2019

 

2015-ci ilin nüvə sazişi getdikcə qüvvədən düşdüyü üçün İran prezidenti Həsən Ruhani daxili siyasi sıxıntılar keçirir.

Ən son rəsmi məlumatlara görə, qiymətlər ümumən bir il əvvələ nisbətən 48 faiz artıb, ərzaq məhsulları isə 72 faiz bahalaşıb.

İSNA-nın bu yaxınlarda elan etdiyi bir araşdırmaya əsasən, iranlıların həyatlarında məmnunluq dərəcəsi 3,6 baldır (2018-ci ildə 6.3 bal).

Bu şkalada 0 – ümumi narazılıq və 10 – ümumi xoşbəxtliyin təcəssümüdür.

Bu kədərli fonda Ruhani “Hökumətdən çatışmazlıqlar barədə soruşduqda, onun nə qədər səlahiyyətə sahib olduğunu düşünməlisiniz” deyərək, iranlılara bəhanə gətirməyə çalışıb. Sonra daha yaxşı fəaliyyət üçün ona xüsusi səlahiyyətlərin verilməsini istəyib. O, hazırkı böhran şəraitində “iqtidar və qərar qəbulunun mərkəzləşdirilməyə ehtiyacı olduğunu” söyləyib.

Beləliklə, Ruhani incə, lakin açıq şəkildə, İranın Ali Lideri Ayətullah Əli Xamnəinin son sözə sahib olduğu siyasi sistemdə ikihakimiyyətlilik dilemmasını vurğulayıb.

İranın islahatçı hərəkatı onilliklər boyu ikihakimiyyətlilikdən dad edir, lakin iqtisadiyyat zəiflədikcə və Fars körfəzində gərginlik artdıqca şikayətlər daha ucadan səslənir.

May ayında tanınmış islahatçı strateq Səid Həccarian “Hansı İslahat? Hansı sağqalma?” adlı məqaləsində bildirib ki, “İkili idarəetmə sistemi işləmir”. O, ölkəni iflic edən Xamnəinin başçılıq etdiyi “dərin dövlət” və hökumət arasındakı davamlı gərginliyə toxunub. Həccarian həll yolunun “vahid idarəetmə sistemi” olduğunu bildirib. Bunun mümkün olması üçün Ruhaninin istefa verməsini və 2020-ci ilin fevral ayında, eyni vaxtda həm prezident, həm də parlament seçkilərinin keçirilməsi fikrini müdafiə edib.

Həccarian heç bir islahatçı / mötədil olmadan seçki keçirilməsi təklifi səsləndirib. Mühafizəkarlar isə hər iki yarışda qalib gələ biləcək şəkildə iştirak etməlidirlər.

Başqa bir görkəmli islahatçı fəal və təhlilçisi Əlirza Ələvi Təbar mərhum prezident Əkbər Haşimi Rəfsəncani tərəfindən qurulan “Karqozaran-e Sazəndegi” (“Quruculuq İcraçıları”) Partiyasının “Ruhaninin istefası məsələsini pərdə arxasında müzakirə etdiyini” bildirib.

Ələvi Təbarın sözlərinə görə, hakim koalisiyadakı qrup hesab edir ki, “hakimiyyətin bir şəxsin (Xamnəi) əlində olduğu, lakin başqa bir şəxsin (Ruhaninin) cavabdeh olduğu mövcud vəziyyət sabit deyil. İqtidar və məsuliyyət bir əldə olmalıdır. Mövcud şəraitdə idarəetmə tamamilə iflic vəziyyətdədir”.

Amma bu fraksiya mövcud idarəetmə və hakimiyyət sistemindən tamamilə imtina etmək istəmir.

Ələvi Təbarla yanaşı, islahat hərəkatının görkəmli simalarından biri olan Əhməd Zaidabadi də mövcud ikihakimiyyətli sistemin dayanıqlı olmadığını vurğulayır. Onun qrupu islahatçıların geri qayıtmasına imkan verilənə qədər siyasi sistemdən tamamilə ayrılmanın tərəfdarıdır.

Maraqlısı budur ki, Ruhaninin gözə çarpan rəqibləri onun istefasına qarşı çıxırlar. Onların hesablamaları belədir: qoy 2021-ci il prezident seçkilərinə qədər iqtisadi vəziyyət pisləşsin ki, mötədil / islahatçılar böhranlı iqtisadi şəraitdə çöksün və qazanmaq şanslarını tamamilə itirsinlər. Onda Ayətullah Xamnəi də bu nəticədən məmnun olar…

Son 30 ildə, Xamnəinin İran rəhbərliyini qəbul etdiyi vaxtdan etibarən heç bir tanınmış namizəd, hətta populist keçmiş prezident Mahmud Əhmədinejad da sərt mühafizəkar platformada irəli getməyib.

Sərt tənzimçilərin ruporu – gündəlik “Keyhan” istefa çağırışlarına əsəbi şəkildə təpki verib: “Nə istefa?.. Matçın ortasında bütün komandanı tamamilə kənara qoyub, yeni komanda ilə necə oyun oynaya bilərsiniz?” Başqa bir məqalədə bu qəzet islahatçıların Ruhaninin istefası məsələsini gündəmə gətirməsinə bu cür təpki verilib: “…bu populist taktikadan istifadə edərək onlar iqtisadiyyatı yaxşılaşdıra bilmədikləri barədə insanların qarşısında cavabdeh olmaqdan qaçırlar. İddia edirlər ki, rəqiblərimiz bizə maneələr yaradır və işləməyə imkan vermirlər. Administrasiya və parlament işin icrası üçün yetərli səlahiyyətə sahib deyil. Belədirsə, seçkidə iştirak etməməli və vədlər verməməliydilər”.

Əhməd Bəxşayeş Ərdestani, sərt mühafizəkarlara yaxın universitet professoru deyib: “Həccarian öz istəklərindən danışır. Ruhaninin istefası baş verə bilməz. O, 2021-ci ilə qədər öz vəzifəsində qalmalıdır… Ruhani hökuməti islahatlar üçün məsuliyyət daşıyır. Həccarian Ruhaninin istefasını təklif edərək, bu məsuliyyətdən yaxa qurtarmağa çalışır”.

Ərdestani əlavə edib ki, mühafizəkarların”administrasiyanı formalaşdırmaq növbəsi” 2021-ci ildə çatacaq.

İran daxilindəki bir çox müşahidəçi islahatçıların və mötədillərin, ilk növbədə, iqtisadi vəziyyətin pisləşməsi səbəbindən 2021-ci il prezident seçkilərində qalib gəlmək şanslarının olmadığını söyləsə də, Ruhaninin istefa verməsi ehtimalı azdır.

Əslində, Ruhani heç vaxt islahatçı olmayıb. 2013-cü ildə ilk dəfə prezident seçilənə qədər 16 il Xamnəini Ali Milli Təhlükəsizlik Şurasında təmsil edib. Əhmədinejadın yenidən seçilməsinə qarşı islahatçıların rəhbərlik etdiyi 2009-cu ilin kütləvi iğtişaşlarına Ruhani dəstək verməkdən boyun qaçırıb. Bu, ona Nəzarətçilər Şurası tərəfindən kənarlaşdırılmadan Əhmədinejadın yerinə seçilmək imkanı yaradıb.

İyunun 22-də Ruhaniyə yaxın bir mötədil veb-sayt İran prezidentinin islahatçı vitse-prezident İshaq Cahangiri ilə sərt mübahisə etdiyini yazıb. Guya Ruhani Cahangiriyə deyib: “Sən və islahatçılar bu hökuməti devirmək istəyirsiniz”.Hökumət bu xəbəri təkzib etməyib.

Ruhaninin mühafizəkarların radikal fraksiyası ilə gərgin əlaqələrinə baxmayaraq, 2005-ci ildə Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində onu əvəzləyən parlamentin nüfuzlu spikeri Əli Laricani başda olmaqla, daha mötədil mühafizəkar fraksiya ilə yaxşı münasibətdədir.

İqtisadi müsibətlər və sərt tənzimçilərin ona davamlı hücumları nəticəsində yaranan böyük təzyiq altında Ruhaninin istefası fürsəti qalsa da, bu mümkün deyil. Ruhani, islahatçılardan fərqli olaraq, yenə də İslam Respublikasının mürəkkəb siyasətində yad adam deyil və bu şəkildə qalmaq niyyətindədir.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Dünyanın ən böyük silah alverçisi saxlanıldı- Məhkəmə qarşısına çıxacaq

Sonrakı yazı

Həbsxanda ölən iş adamının evindən elə bir əşya tapıldı ki… (FOTO)

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.