“Hər kəs bu münaqişə haqda bilir” – Almeyda

4 Oktyabr 2019 - 14:48
59 oxunma

 

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Düdelanj”la matçda baş verən erməni təxribatı haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, hadisəni şərh edən millimizin üzvü “Qarabağ”a qarşı təxribatın təkrarlandığını qeyd edib: “Hər kəs bu münaqişə haqqında bilir. Neçənci dəfədir ki, belə hallar təkrarlanır. Bu bizə qarşı təhqirdir. Hakim bizə dron enənə qədər paltardəyişmə otağından çıxmamağı dedi.

Biz dronu topla vurmaq istəsək də, alınmadı. “Arsenal”la matçda da bənzər hadisə yaşanmışdı. Onda bir nəfər meydana qaçmışdı, indi də dron. Bu yolverilməz haldır”.

 Xatırladaq ki. “Qarabağ”ın 4:1 hesabı ilə qalib gədliyi oyunda erməni təxribatına görə 20 dəqiqədən çox fasilə yaranıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"