20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır” – Əli Həsənov

21 Oktyabr 2018, 10:23
Seçmə, Banner
A A
“Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır” – Əli Həsənov

Hər bir dövlətin dialoqa olan münasibəti onun daxilindən başlayır. Trend-in müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Türkiyənin Kayseri şəhərinin Erciyes Universitetində keçirilən konfransda deyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan multikultural dəyərləri öz dövlət siyasətinin təməl prinsiplərindən, əsas istiqamətlərindən biri kimi elan edib və ölkədə azərbaycanlı olmayan hər kəsə hörmətlə, sevgi ilə yanaşırıq, ona öz xalqımıza, millətimizə bəslədiyimiz münasibəti bəsləyirik: “Başqa dinə sitayiş etsələr də, dilləri, mədəniyyətləri və digər davranış normaları fərqli olsa da, onlar Azərbaycan vətəndaşı olaraq bizim dövlətin, bizim cəmiyyətin qanunlarını, davranış normalarını qəbul edirsə, onlara hörmətlə yanaşmaq bizim borcumuzdur”.

Şöbə müdirinin sözlərinə görə, bu gün Azərbaycan Cənubi Qafqazda regional rifah, barış və tərəfdaşlıq siyasəti yürüdür: “Əlbəttə, burada müəyyən prinsiplər var, hər bir dövlət başqa dövlətin haqlarına, milli haqlarına, başqa dövlətin ərazi bütövlüyünə, dövlət atributlarına, iqtisadi maraqlarına, xalqının milli mentalitetinə hörmətlə yanaşmalıdır. Sənin mentalitetinin üstünə gəlmələrini istəmirsənsə, başqa xalqın mentalitetinin üstünə getməməli, sənin dövlətinin ərazi bütövlüyünün pozulmasını istəmirsənsə, başqa dövlətə ərazi iddiası irəli sürməməli, sənin təhlükəsizliyini təhdid etmələrini istəmirsənsə, başqa dövlətin təhlükəsizliyini göz önünə almamalısan. Yəni hər bir dövlət özünə rəva görmədiyini başqa dövlətə rəva görməməlidir. Dünyada dövlətlərarası münasibətin bir şərti var. Bu şərt BMT-nin Nizamnaməsində öz əksini tapıb: başqa dövlətin daxili işinə qarışmamaq, onun ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşmaq, mübahisəli məsələləri müharibə yolu ilə deyil, dinc yollarla həll etmək, dövlətlərarası tərəfdaşlıq münasibətləri yaratmaq, insan hüquqlarına əməl etmək, insanların sərbəst hərəkəti, miqrasiya və digər məsələlərə şərait yaratmaq. Amma beynəlxalq hüquqda həm də iki dövlət arasında və bir neçə dövlət arasında razılaşdırılmış şərtlər də var. Məsələn, Rusiya, Azərbaycan, Türkiyə ümumi bir əməkdaşlıq platforması yaradıb və kifayət qədər də perspektivi olan platformadır. Rusiya-İran-Azərbaycan platforması var, nəqliyyat, kommunikasiya işləri üzərində qurulub. İran-Türkiyə-Azərbaycan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Gürcüstan-Türkmənistan platformaları var. Bunların hər biri regional dialoq platformasıdır ki, dövlətlər istəyini ortaya qoyub və qarşılıqlı nöqtələr tapılıb”.

Ə.Həsənov qeyd edib ki, dialoq üçün mütləq şəkildə qarşılıqlı nöqtələr tapılmalıdır, qarşılıqlı şərtlər ortaya qoyulmalıdır: “Götürək hazırda dünyada bütün beynəlxalq hüquq şərtlərini aşaraq qapımıza gələn, qapımızı döyən, bizim siyasətimizə, sivil normalarımıza təzyiq formasında həyata keçirilən enerji maraqlarına. Bütün dünya bu gün dünyanın mövcud enerji resursları uğrunda mübarizə aparır. Enerji resurslarına yiyələnmək istəyən dünyanın güclü dövlətləri o enerji qaynaqlarını daha əlverişli şərtlərlə, daha ucuz qiymətə və rəqabətdənkənar mühitdə ələ keçirib öz dövlətinin maraqlarını təmin etmək istəyir. Ona sahib olmayan və dünyada yetərincə gücü olmayan digər dövlətlər başqaları ilə ittifaqlar yaradaraq öz payını almaq istəyir”.

Əvvəlki yazı

Nazirlər Kabinetindən Aİ 92 markalı benzinlə bağlı vacib qərar – Gömrük rüsumu ləğv edildi…

Sonrakı yazı

Ərəb Dövlətləri Liqasından çağırış:”Jurnalistin ölümü ilə bağlı aparılan istintaqı siyasiləşdirməyin!”

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.