Həmyerlisini döyə-döyə öldürən keçmiş məhkum tutuldu –Zaqatalada

15 Avqust 2019 - 21:28
147 oxunma

Zaqatalada qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reportyor.info-ya verilən məlumata görə, avqustun 15-də Zaqatala rayonunun Kəpənəkçi kəndi ərazisində kənd sakini Telman Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində T.Hacıyevi aralarında baş vermiş münaqişə zəminində döyərək qətlə yetirmiş şəxsin Qandax kənd sakini, əvvəllər məhkum olunmuş K.Kərimov olması müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"