14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Həkim-infeksionist: “Hər evdən bir nəfər COVID-19-dan həyatını itirə bilər”

09 İyul 2020, 15:57
Gündəm
A A
Həkim-infeksionist: “Hər evdən bir nəfər COVID-19-dan həyatını itirə bilər”

Həyata keçirilən tədbirlərə baxmayaraq, Azərbaycanda COVID-19 virusuna yoluxanların sayı sabit yüksək olaraq qalmaqdadır.

Ölkədə hər gün 500-dən çox insanın koronavirisa yoluxduğu məlum olur.

Ümumi yoluxanların sayı 22 minə yaxınlaşır.

Reportyor.info xəbər verir ki, Media.Az martın 24-dən başlayaraq, hər gün 8-12 saat ərzində COVID-19-a yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyevlə mövcud vəziyyət barədə söhbət edib.

N.Əliyev bildirib ki, əvvəllər xəstələr arasında virusu yüngül və asimptomatik keçirənlər var idisə, hazırda xəstəxana virusu orta və ağır keçirən xəstələrlə doludur.

“Bu gün xəstəxanada boş çarpayı yoxdur. Xəstəxanadan evə buraxılan şəxsin yerinə dərhal yeni xəstə gəlir. Hazırda xəstəxanada COVID-19 virusuna yoluxmuş 160-dan çox şəxs müalicə alır, onlardan 16-sı reanimasiya şöbəsindədir. Reanimasiyaya yerləşdirilən xəstələr süni tənəffüs və ya SİPAP aparatlarına qoşulub”, – deyə, N.Əliyev qeyd edib.

Xəstələrin yaşından danışan həkim xəstəliyin son zamanlar xeyli cavanlaşdığını söyləyib. Onun sözlərinə görə, müəyyən bir yaş kateqoriyasını təyin etmək mümkün deyil – koronavirus bütün yaş qruplarından olan insanlar üçün təhlükəlidir.

N.Əliyev bildirib ki, xəstəxananın müxtəlif şöbələrində ümumilikdə yeddi infeksionist işləyir. Onların vəzifəsi müalicə təyin edərək, xəstəliyin inkişafının dinamikasını müşahidə etməkdir.

“Xəstəyə ancaq infeksionist müalicə yaza bilər. COVID-19 xəstələri üçün əsas müalicə protokolu antivirus terapiyasıdır. Ehtiyac yaranarsa, antibakterial müalicə təyin edirik. Müalicənin gedişində yanaşı xəstəliklər də diqqətdə saxlanılır. Koronavirus xəstələrinin müalicəsi üçün müxtəlif ixtisaslardan olan həkimlər cəlb olunur. Əsas şərt baza tibb təhsilinin olmasıdır. Həkimlər xəstələrin vəziyyətini izləyir. Ümumiyyətlə, Azərbaycanda dar ixtisaslı həkimlər də daxil olmaqla, yoluxucu xəstəliklər üzrə təhsilli mütəxəssislər çatışmır”, – deyə, həkim-infeksionist vurğulayıb.

N.Əliyev xatırladıb ki, pandemiyanın başladığı vaxt ümumi müalicə sistemi yeni qurulurdu, daha çətin şəraitdə işləmək məcburiyyətində qalırdılar:

“İnsanlar qorxu, vahimə içində idilər. Hansısa məqamda biz həkimlər də qorxmuşduq. Bu günə qədər istirahət günləri də daxil yaxınlarımızı və dostlarımızı görmək imkanından məhrum olmağımıza baxmayaraq, koronaviruslu xəstələrin müalicəsini həyata keçirməkdə davam edirik. Bizim üçün ayrılmış xüsusi karantin hotelində yaşayırıq. Xüsusən yay aylarında geyinilməsi dözülməz olan qoruyucu kostyumlarda işləyirik. Güman edirik ki, bu iş rejimi ilin sonuna qədər davam edəcək”.

N.Əliyev üçün pandemiya ilə mübarizədə ən çətin məqam psixoloji amildir. Gözünün qarşısında xəstələrin boğulduğunu görmək və onlara kömək edə bilməmək ağırdır.

Həkim koronavirusa yoluxmuş həmkarlarının sayından narahatlıq keçirsə də, bu kateqoriyalı xəstələrlə işləməkdən imtina etmək fikrində olmadığını etiraf edib: “Həyatları üçün məsuliyyət daşıdığım xəstələrin taleyi məni narahat edir. Bəzən hətta düşünürəm ki, başıma bir iş gəlsə, onların taleyi necə olacaq?”

Həkim-infeksionist qeyd edib ki, zamanla koronavirus Azərbaycanda daha aqressiv hala gəlib:

“Ölkəmizdə pandemiyanın nə zaman səngiyəcəyini söyləmək mümkün deyil. Biz o həddə gəlmişik ki, hər evdən bir nəfər koronavirusdan vəfat edə bilər. Bu səbəbdən gənclərimizdən və yaşlı vətəndaşlardan xahiş edirəm ki, özlərini qorusunlar, bütün profilaktik qaydalara əməl etsinlər. Bununla siz infeksiyaya qarşı mübarizə aparan həkimlərimizə dəstək vermiş olursunuz”.

Əvvəlki yazı

İlham Əliyev 2 fərman imzaladı

Sonrakı yazı

Gürcüstanın turizm sektoru boğulur: 4.5 milyard borc…

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.