Həbsxanadan Bakı meriyasında vəzifəyə gedən yol: Vidadi Əliyevin küçə söyüşləri – ŞOKVİDEO

28 İyun 2018 - 09:34
709 oxunma

Bir ölkənin paytaxtında çox şeyə məsul olan, Bakı Şəhər İcra Hakimiyyətində çalışan adi məmur da cəmiyyət üzvləri üçün nümunə olmalıdır. Ancaq, təəssüf ki, biz bunun tam əksini görürük. Öz də, söhbət paytaxt meriyasının sıravi işçisindən yox, şöbə rəisindən gedir. Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin şöbə rəisi Vidadi Əliyevlə bağlı video-çəkilişə yenidən təkrar-təkrar baxdıq.

Dəhşətlisi budur ki, bu şəxs Bakı meriyasında bir kollektivin rəhbəridir. Yəqin ki, həmin kollektivdə, onun tabeçiliyində xeyli insanlar çalışır. Belə “tərbiyə” sahibinin həmin kollektivi necə idarə etdiyi adamı vahiməyə salır. Çəkilişdən açıq görünür ki, bu vəzifəli şəxs özünü idarə etmək iqtidarında deyil. Belə ki, çəkilişdə mülkün qanuni sahibi ondan rəsmi sənəd tələb edir, başqa heç nə istəmir. Vidadi Əliyev isə “bura mənimdi..” deyə bağırır. Və heç bir ölçüyə sığmayan “var-yox..” söyüşünə keçir. Yəni bu söyüşləri nəinki vəzifə sahibi, az-çox tərbiyə görmüş adam belə dilinə gətirməz.

Məsələni, yaxud mübahisəni qanuni yolla həll etmək əvəzinə Vidadi Əliyev qaçıb daş götürüb atır…, əlinə armatur parçası götürüb qarşı tərəfin üstünə cumur və…elə bir söyüş söyür ki… Bax, burda çox mətləblər ortaya çıxır. Özünü idarə edə bilməyən bu zada o boyda vəzifəni kim verib?

Dövlət məmurunda dövlət tərbiyəsi olmalıdır. Və məmur illər uzunu hazırlanıb vəzifəyə gətirilməlidir. Yoxsa… Kimsə həbsxanadan çıxandan bir-iki ay sonra, ona mühüm vəzifə tapşırırlar, o da özünü “türmə nazoru” kimi aparır… Əgər bu video başqa bir cəmiyyətdə ortaya çıxsaydı, Vidadi Əliyev nəinki bircə gün vəzifədə qala bilərdi, əksinə ona qanunsuz əməllərinə görə dərhal onun barəsində cinayət işi başlanılardı. Amma təəsüf ki, Vidadi Əliyev hələ də Bakı meriyasında at oynadır.

Görəsən, bu biabırçı videoya baxan Bakı şəhər rəhbərliyi nə düşünür? Ancaq bir məsələ də var ki, belə yararsız məmurlar gec-tez məsuliyyətə cəlb olunaraq layiqli cəzalarını alacaqlar. Sadəcə, bir az zamana ehtiyac var…

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"