13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

HƏBSDƏKİ GENERALDAN 7 MİLYONLA BAĞLI AÇIQLAMA – “Mahmudovun və Əsədovun əmri var“

27 Fevral 2018, 10:02
Cəmiyyət, Seçmə
A A
HƏBSDƏKİ GENERALDAN 7 MİLYONLA BAĞLI AÇIQLAMA – “Mahmudovun və Əsədovun əmri var“

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökümdən verdikləri şikayət üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzeyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Ziyad Abbaszadə vəsatətlərlə çıxış edib.

O, prosesin qapalı və videoçəkilişlə aparılmasını istəyib: “Bu iş üzrə bir çox faktlar araşdırılmayıb. Çünki burda dövlət sirini təşkil edən məsələlər var. Proses qapalı olarsa, Elçin Quliyev bu məsələrə toxunacaq”.

Elçin Quliyev özü isə bildirib ki, birinci instansiya məhkəməsində hakimə ərizə ilə müraciət edib: “Hakimə ərizəmdə bildirdim ki, burda elə məsələr var, hamının içində danışmaq olmur. Orda da bu səbəbdən bəzi dövlət sirlərinin yayılmasına səbəb oldu. Ona görə də proses qapalı keçirilməlidir”.

Vəsatət təmin edilməyib.

Daha sonra vəkil bildirib ki, “Şimal Küləyi” və “Qərb qütbü” əməliyyatlarına ayrılan vəsaitlərlə bağlı Elçin Quliyevə mənimsəmə ittiham verilib: “Pulların ayrılması ilə bağlı, həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var. Bu işlə bağlı heç bir araşdırma aparılmadan Elçin Quliyevə 7 milyon 300 min manat mənimsəmə ittihamı verilib. Xahiş edirik, bu məsələ ilə bağlı eskpertiza təyin edilsin” .

eldar-ve-hilal

Elçin Quliyev bu məsələ ilə bağlı çox şeyi danışa bilməyəcəyini qeyd edib: “Burda əsas məsələ agenturaya ayrılan pullardır. Məndən heç kim soruşmayıb ki, hansı agentə nə qədər pul vermişəm. Pulların verilməsi ilə bağlı Maliyyə İdarəsinin xəbəri olmayıb. Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Həmin adamı burda nə sizə deyə bilərəm, nə də başqasına. Bircə indiki DTX rəhbərliyinə adları verə bilərəm. Çünki nazirlikdə hərənin öz agenti olub. Mərhum İlqar Əliyevin öz agenti olub, nazirin və yaxud nazir müavininin öz agentləri olub. Hər kəs öz agentini tanıyıb”.

Elçin Quliyev ona verilən mənimsəmə ittihamının qanunsuz olduğunu deyib: “Mənə 7 milyon 300 min manat mənimsədiyimi bildirilir. Hanı o pul? Mənim o boyda pulum olsaydı, indi obyektlərim, villalarım, bağlarım olardı. Hazırda mənim banka belə borcum var”.

Vəsatət baxılmamış saxlanılıb.

Prosesdə Elçin Quliyevin vəkili Ziyad Abbaszadə daha bir neçə vəsasətlə çıxış edib. Vəsatətlər təmin edilməyib.

Proses martın 15-də davam edəcək.

Xatırladaq ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.

Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Elçin Quliyev və Azər Mehdiyevin şikayəti ötən həftənin cümə günü Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi şikayətdə ona dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını istəyib.

Qeyd edək ki, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəlməkdə, onlardan külli miqdarda pul almaqda ittiham edilir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edilib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Əvvəlki yazı

“YAP-ın namizədinin nəinki ölkə daxilində, xaricdə belə alternativi yoxdur”

Sonrakı yazı

Millət vəkili Q.Paşayeva Kocaeli vilayətində Xocalı soyqırımı abidəsinin açılışında beynəlxalq təşkilatlara çağırış edib.

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.