Gürcüstan hökuməti:”Müxalif televiziya kanalı ölkədə sabitliyi pozmağa çalışır”

8 İyul 2019 - 02:21
61 oxunma

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalında yayımlanan “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin təhqir olunub.

Proqramın aparıcısı Giorgi Qabunia V.Putinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib.

Müxalif televiziya kanalının bu hərəkəti Gürcüstan hökumətini və ictimaiyyəti hiddətləndirib.

Baş nazir Mamuka Baxtadze “Rustavi 2” kanalını ölkədə qeyri-sabitlik yaratmağa cəhddə ittiham edib: “Bu gün “Rustavi 2”də gördüyümüz iyrənc təxribat aktı və ölkəmizdə sabitliyi pozmağa cəhdindən başqa bir şey deyil. Bu isə tamamilə yolverilməzdir”.

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze də “Rustavi 2” kanalının efirində səsləndirilən ifadələri Gürcüstan dövləti və xalqına qarşı təxribat kimi qiymətləndirib.  /Report

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"