02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Gürcüstan-Azərbaycan sərhədində 26 ton qurdlu kartof hara “yoxa çıxdı”?

11 Noyabr 2018, 11:50
Sosial
A A
Gürcüstan-Azərbaycan sərhədində 26 ton qurdlu kartof hara “yoxa çıxdı”?

Dövlət Gömrük Komitəsi (DGK) Gürcüstandan idxal edilən və tərkibində zərərli orqanizmlərin aşkarlandığı 26042 kiloqram kartofla bağlı rəsmi açıqlama yayıb.

Reportyor.info  bildirir ki, DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, Gürcüstandan ölkəmizə idxal olunan kartof yükünə tətbiq edilən gömrük nəzarəti zamanı məhsulda zərərverici orqanizmlərin olmasına dair şübhələr yaranıb. Buna görə də müvafiq gömrük qurumları Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Agentliyin məhsuldan götürdüyü nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində kartofda gövdə nematodu aşkarlanıb. Müayinələrin nəticəsinə əsasən məhsulun geri qaytarılmasına qərar verilib. Lakin gömrük orqanlarından asılı olmayan səbəbdən – bayram və istirahət günləri ilə əlaqədar məhsulu idxal edən şirkətin bank əməliyyatlarında sənədləşmə işləri yubandığından və malın təkrar ixracı üçün lazım olan müvafiq sənədləri gömrük orqanlarına təqdim edə bilmədiyindən məhsulun geri göndərilməsi gecikib.

Dövlət Gömrük Komitəsi bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərkibində gövdə nematodu aşkarlanan 26042 kiloqram kartof hazırda gömrük nəzarəti altındadır və sərbəst dövriyyəyə buraxılmayıb. Qısa zaman ərzində müvafiq sənədləşmə işləri başa çatdırılaraq məhsulun geri göndərilməsi təmin olunacaq.

◀▶

*   *   *19:03

Ötən gün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Gürcüstandan ölkəyə idxal edilən 26 ton kartofun zərərli orqanizmlərin aşkar edilməsinə görə geri qaytarıldığını açıqlayıb. Agentlikdən bildirilirdi ki, kartofdan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar ediblər.Aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkarlanan zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26 042 kiloqram kartof məhsulunun Gürcüstan Respublikasına qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

Lakin ötən gün noyabrın 9-da Gürcüstanın Maliyyə Nazirliyi bildirib ki, (gömrük xidməti bu nazirliyin tərkibinə daxildir) Azərbaycandan kartof partiyasının geri qaytarılması faktı qeydə alınmayıb.

“Hazırkı mərhələdə gömrük sərhədində kartofun geri qaytarılması faktı qeydə alınmayıb. Kartofun geri qaytarılması baş verərdisə yük təkrar fitosanitar nəzarətdən keçməli, məhsul partiysının identifikasiyası həyaat keçirilməli və onun labarator müayinələrinin nəticələri təqdim olunmalı idi. Kartofun geri qaytarılması barədə informasiya sonrakı araşdırma üçün Milli ərzaq agentliyinə göndəriləcək”-Maliyyə Nazirliyindən “Gürcüstan Xəbərləri” agentliyinə bildiriblər.

Nazirlikdən habelə deyiblər ki, Azərbaycana kartofun ixracı zamanı Gürcüstanın gömrük sərhədində müvafiq sitosanitar prosedurlar həyata keçirilib və sertifikat təqdim edilib. Kartof Gürcüstan tərəfinin sertifikatı ilə müşaiyət olunsa da Azərbaycan tərəfi hər halda labarator müayinələr üçün nümunələr götürməyi qərar alıb. Yoxlama göstərib ki, məhsul zərərli orqanizmlər daşıyır.

Kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm-dir. Bitkinin bütün yeraltı (kökyumruları, kökümsovları) hissəsinə zərər verir. Növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə olur ki, bu da anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır. Gövdə nematodunun zərərvericiliyi saxlanma zamanı, əsasən də temperatur dəyişikliyi olan zaman təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən bu oqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.

Əvvəlki yazı

Abşeronlu gənclər Bursada bayraq yürüşü keçirdilər – FOTOLAR

Sonrakı yazı

Daha bir nazir oğlunun Londonda gizli villası və şirkəti üzə çıxdı (FOTOLAR)

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.