10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Günaybank”da 100 milyonu ələ keçirilən vəzifə sahiblərinin adları bilindi – DOSYE

27 İyun 2018, 08:21
Seçmə
A A
“Günaybank”da 100 milyonu ələ keçirilən vəzifə sahiblərinin adları bilindi – DOSYE

“Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun banka əmanət olunan 100 milyon manatın hansı vəzifə sahiblərindən mənimsəməsi bilinir. Bu haqda redaksiyamıza daxil olan məlumanatda deyilir ki, ümumilikdə bankda əmanəti mənimsənilən 42 nəfər var. Onların sırasında yüksək vəzifəli şəxslər üstünlük təşkül edir.

Həmin şəxslər istintaqda sorğu-sual olunmaqdan vaz keçmək üçün əmanətlərinin ələ keçirilməsi haqda hüquq mühafizə orqanlarına məlumat verməyə tələsmirlər. Bununla belə Emin Zeynalovun hansı vəzifə sahibinin “Günaybank”dakı hesabından nə qədər ələ keçirdiyi məlumdur. Bundan başqa bankda 100 milyon manatın mənimsənilməsində yalnız sədr müavinin iştirak etmədiyi haqda iddialar da güclənməkdədir.

“Yeni Müsavat”a daxil olan məlumatda iddia olunur ki, Emin Zeynalovun etdiyi bu cinayət əməllərinin heç biri özbaşına edilmiş işlər deyil. Hər birində ən azı atası Zakir Zeynalovun köməyi və “yol göstəriciliyi” vardır.

Картинки по запросу günay bank 100 milyon

“Emin Zeynalov düz 15 gün gizləndi, halbuki onu bütün respublikada axtarırdılar. Yalnız mətbuatda məlumat çıxan kimi atası tez onu təslim etdi. Hansı atası ki, vəzifədən atıldıqdan sonra hökumətin gözünə girmək, yenidən vəzifə əldə etmək üçün başqa dildən kitabları tərcümə etdirərək, öz adından yayımlayıb çap etdirirdi. İndi də oğlunun əməllərini ört-basdır etməklə, qurulan piramidaya nəzarət etməklə məşguldur. Əlindəki hər şeyini itirmiş, özünü yazıq kimi göstərməyə çalışan Zakir Zeynalov, əslində əlbir olduğu bank rəhbərliyi ilə planını icra edir. Hər dəfəsində “bankla borcumuzu bağlamışıq”, deyən Zakir Zeynalov, indi də Eminin ətrafındakı bir çox insandan güc vasitəsi ilə ələ keçirdiyi əmlakları yenə də “Günaybank” adına keçirməklə, bir sözlə özünü sığortalamaqla məşğuldur. Yəni, “baxın ey borc sahibləri, əlimdə heç bir şey yoxdur, sözü olan getsin bankın üstünə”, – deyir və çox gözəl bilir ki, heç kim bank adına keçirilmiş əmlaklar vasitəsi ilə, Emin Zeynalovun oğurladığı pulları geri qaytara bilməyəcək. Bir sözlə Zakir Zeynalov, bank sədri olduğu illərdə “yığmış olduğu” milyonlar dəyərindəki sərvətini heç kimə vermək fikrində deyil. Hamısını bankın adına keçirərək, borc sahibləri ilə böyük oyun oynayır. Çünki, bütün bu planın sahibi, qurucusu, icraçısı elə Zakir Zeynalovun özüdür. 29-30 yaşlı gənc, zəif təbiətli bir insanın bu qədər saxtakarlıq və cinayəti tək başına icra etdiyini düşünmək, əlbəttə ki, gülünc olardı. Məqsədləri pulları mənimsəyərək özlərini də zərərçəkmiş kimi göstərmək və zamanı gəldikdə banka “danışılmış” əmlakları geri qaytararaq oz “lüks” həyatlarına davam etməkdir” – deyə mənbəmiz qeyd edib.

Картинки по запросу bank fırıldaq

Yada salaq ki, bundan əvvəl yayılan iddialara görə Emin Zeynalov 100 milyon manatı deyil əslində qat-qat az vəsaiti ələ keçirib. Sadəcə, onu “yükləyiblər”. 3 milyon manatı mənimsədiyini müəyyən edib, onu fakt qarşısında qoyublar. İzah ediblər ki, qanun qarşısında 3 milyonu mənimsəyənlə 100 milyonu mənimsəyən arasında fərq yoxdur. Yəni 100 milyonluq bir yeyintini boynuna götürüb “içəri” gedir və bir neçə il sonra mənimsədiyi 3 milyonla rahat həyatını yaşayır…

Bu qalmaqallı bank işi üzə çıxdığı ilk günlərdə mətbuatda E.Zeynalovun ölkədən qaçması və barəsində axtarış elan olunması barədə məlumatlar yayılmışdı. Sonradan bu məlumatlar təsdiqini tapmadı. E.Zeynalov tutduğu vəzifədən azad edildikdən qısa müddət sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi xəbəri ictimiləşdirildi. Sanki hər şey əvvəlcədən hazırlanan ssenari üzrə gedir.

E.HÜSEYNOV, musavat.com

Əvvəlki yazı

Millət vəkili Q.Paşayeva AŞPA-da qaçqınlardan danışıb və Avropanı onların taleyinə laqeyid yanaşmamağa çağırıb

Sonrakı yazı

İsrail Qəzza sektoru ərazisindən raket atəşinə məruz qalıb

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.