Göyçay sakini suda boğulan azyaşlını xilas edib. Reportyor.info xəbər verir ki, bu haqda hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb.
Eldəniz adlı şəxs Göyçay şəhər ərazisində olarkən bir azyaşlının su kanalında boğulduğunu görüb. O, dərhal həmin azyaşlını sudan çıxarıb və ona ilkin tibbi yardım göstərib.
Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq, yaxınlıqdakı polis əməkdaşları vaxt itirmədən onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin də müdaxiləsi ilə körpənin həyatı xilas edilib.