15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Gömrük rüsumlarının artırılması qiymət artımının anonsu deməkdir”

04 Yanvar 2019, 11:06
Seçmə, Araşdırma
A A
“Gömrük rüsumlarının artırılması qiymət artımının anonsu deməkdir”

”Azərbaycan daxili istehsalçıları qorumaq üçün bəzi mallara gömrük ödənişlərini artırıb”
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, ətraf ölkələrlə malların qiymətinin kəskin ucuzlaşdığı şəraitdə Azərbaycan daxili istehsalçıları qorumaq məqsədilə bəzi mallar üçün gömrük ödənişlərini artırıb.
Onun sözlərinə görə, qonşu Türkiyə və İranda malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin risklərin idarə etmə mərkəzi prosesi izləyir və lazım qərarlar verir.
Gömrük sədri buna misal olaraq bildirib ki, daxili bazarı qorumaq üçün İrandan gətirilən armatura gömrük ödənişləri kəskin artırılıb. O deyib ki, İranda armaturun qiyməti 200 dollardır, amma gömrük komitəsi onu 500 dollara bəyan edir.
“Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir”.
Onun sözlərinə görə, bu addımlar ölkənin yeganə armatur istehsalçısı olan “Baku Steel Company”nin qorunmasına yönəlib:
“Biz onlarla danışdıq ki, qiymət nə qədər qaldırsaq sizi qoruyar, sonra isə qərar verildi”.
S.Mehdiyevin sözlərinə görə, oxşar addımlar ölkəyə toyuq əti və kartof idxalında da atılıb.
Azərbaycan Gömrük Komitəsinin bu siyasətini Meydan TV üçün şərh edən iqtisadçı Natiq Cəfərli xatırladıb ki, bir sıra dövlətlər daxili istehsalı stimullaşdırmaq üçün zaman-zaman belə addımlar atıb.
“ABŞ-la Çin arasında son illər baş verən gömrük, vergi müharibələrinin səbəbi də bununla bağlıdır. Ancaq Azərbaycanda yerli istehsalın stimullaşdırılması yalnız gömrük vasitəsilə mümkün deyil. Çünki yerli istehsal daxili təlabatı tam ödəmək qabiliyyətində deyil”.

O hesab edir ki, yerli istehsalı stimullaşdırmaq üçün digər addımlar da atılmalıdır.
“Həm istehsal sahələrini genişləndirilməsi, istehsalın gücünün, həcminin artması vacibdir. Bunlar paralel olmasa, sırf yerli istehsalçıları qorumaq adı altında xaricdən gələn eyni növ məhsulların gömrük rüsumunu artırmaq ölkədə ciddi inflyasiya prosesinə səbəb ola bilər. Yerli istehsal özünü doğrultmur, yaxud yerli istehlakı tam təmin etmir deyə bu addım hətta ziyanlıdır”.
İqtisadçı sual edir ki, əgər hökumət məsələyə bu məntiqlə yanaşırsa, o zaman yerli istehsalı olmayan məhsullara niyə gömrük rüsumları kəskin şəkildə artırılır? O, misal olaraq Azərbaycanda dərman istehsalının olmadığını bildirib:
“Ancaq dərmanı gömrükdən keçirərkən 15 faizlik gömrük rüsumu, 18 faiz ƏDV-yə hədəf gəlir, eyni misalı uşaq yeməkləri barədə də gətirə bilərik. Başqa bir misal əngəlli insanlar üçün ləvazimatlara, arabalara aiddir. Halbuki, istehsalı olmayan bu şeylərə gömrük rüsumu tətbiq edilir. Yaxşı olardı ki, sosial əhəmiyyətli məhsulların gömrük rüsumunu və ƏDV-ni aradan qaldırsınlar. Bu zaman ədalətli yanaşma olardı”.
N.Cəfərli hesab edir ki, sırf gömrük rüsumlarının artırılması yolu ilə daxili istehsalçıya dəstək verilməsi haqda bəyanat ölkədə inflyasiya və qiymət artımı anonsunu səsləndirməkdir.

Əvvəlki yazı

Müəllimlərin savadsızlığı rüsvayçı şəkildə üzə çıxdı

Sonrakı yazı

BDU-nu qırmızı diplomla bitirən otel xidmətçisi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.