01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Gömrük əməkdaşları Naxçıvanı Azərbaycandan ayırıb? – Prezidentə şikayət

16 Noyabr 2019, 12:34
Manşet
A A
Gömrük əməkdaşları Naxçıvanı Azərbaycandan ayırıb? – Prezidentə şikayət

Azərbaycandan Azərbaycana gömrük rüsumunu kim tətbiq edib?

Son dövrlər yenidən gömrükdə rast gəlinən neqativ halların, gömrük orqanlarından şikayətlərin artması müşahidə olunmaqdadır. Bununla bağlı demək olar ki, hər gün mətbuatda yazılar dərc olunur. Gömrük əməkdaşlarının bir çoxunun vətəndaşlarla kobud rəftarı, onlardan əsassız rüsumlar tələb etməsi, verməyənlərin mallarının qanunsuz olaraq əllərindən alınmasına dair çoxsaylı iddialar, faktlar var.

Hətta bir qədər əvvəl “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə İran İslam Respublikasından onun ünvanına gələn mallar (3 maşın üzlük plitələri) gömrükdə müəmmalı şəkildə yoxa çıxdığından, Bakı Baş Gömrük İdarəsinin qarşısında intihara cəhd etmişdi…

Bu günlərdə – noyabrın 13-də gecə reysi ilə Naxçıvandan Bakıya qayıdan “AzPolitika.info” saytının əməkdaşı Xeyrulla Əliyev də Hava Limanının gömrüyündə oxşar qanunsuzluqla üzləşib. Belə ki, Naxçıvanda dostlarının ona bağışladığı televizoru gömrükdə əlindən alıblar. Və ondan rüsum ödənilməsini tələb ediblər. Səbəbini öyrənmək istədikdə isə, gömrük əməkdaşları bunun rəhbərliyin tələbi olduğunu bildiriblər.

Xeyrulla Əliyev problemin səbəbini öyrənmək üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsi rəisinin köməkçisinin  yanına gedib. Əkbər adlı rəisin köməkçisi isə Naxçıvandan gətirilən malların da gömrük rüsumuna cəlb edildiyini bildirərək, ondan tələb olunan vəsaiti ödəməsini istəyib.

Xeyrulla Əliyev ölkə daxilində şəxsi istifadə üçün gətirdiyi bir mala görə rüsum alınmasının qanunsuz olduğunu desə də, buna əhəmiyyət verilməyib. “Get hara istəyirsən, şikayət et” deyə onu otaqdan çıxarıblar.

Xeyrulla Əliyev mətbuat vasitəsilə ölkə Prezidenti İlhm Əliyevə, I Vitse-Prezident Mehriban xanım Əliyevaya, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət edərək, Hava Limanının Gömrük İdarəsinin əməkdaşları tərəfindən əlindən alınmış televizorunun geri qaytarılmasını təmin etmələrini xahiş edir.

Qeyd edək ki, vətəndaşın ölkə daxilində öz malını bir yerdən başqa bir yerə aparmasına görə gömrük rüsumunun alınması absurddur. Naxçıvan da Azərbaycan ərazisi olduğundan, Xeyrulla Əliyevdən şəxsi istifadə üçün gətirdiyi televizora görə rüsum tələb edilməsi qanunsuzdur. Belə görünür gömrük əməkdaşları ya Naxçıvanı Azərbaycandan ayırıblar, ya da öz şəxsi maraqları üçün vətəndaşları incidirlər. Yəqin ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu məsələyə aydınlıq gətirəcək!

AzPolitika.info

Əvvəlki yazı

BAŞ NAZİRDƏN YENİ QƏRAR – Bu şəxslərə ödəniləcək vəsit artırıldı

Sonrakı yazı

Azərbaycanda xərçəng xəstələrinin sayı artıb – RƏSMİ

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.