07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

GİZLİ ABŞ-RUSİYA RAZILAŞMASININ DETALLARI ÜZƏ ÇIXIR:Türkiyə “Böyük Suriya planı”na dəstək verəcəkmi? – TƏHLİL

21 Dekabr 2018, 00:34
Manşet
A A
GİZLİ ABŞ-RUSİYA RAZILAŞMASININ DETALLARI ÜZƏ ÇIXIR:Türkiyə “Böyük Suriya planı”na dəstək verəcəkmi? – TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 20 dekabr 2018-ci il

 

Sərhədimizin cənubunda baş verən hadisələri, Türkiyənin qərarlılığını, Vaşinqtondan verilən “Hərbçilərimizi geri çəkməyi düşünürük” açıqlamalarını, Suriyada siyasi inkişafın konstitusiya layihəsinin işlənib hazırlanması prosesinə çatmasını və hərbi hərəkətliliyin intensivləşməsini – bütün bu baş verənləri anlamaq üçün yaxın tarixdə gizli diplomatiyada yaşananları bilməmiz və anlamamız lazımdır.

ABŞ və Rusiya hələ bir il öncə Suriyanın gələcəyilə bağlı ilkin anlaşma əldə etmişdilər. Hər iki ölkə də bu anlaşmanın Türkiyənin razılığı və dəstəyi olmadan tətbiq edilmə ehtimalının olmadığını bildiklərinə görə, onun ən həlledici məsələsi Suriya kürdlərilə bağlı oldu. Rusların “Şimali İraq modeli”, amerikalılarınsa “Qamışlı modeli”adlandırdıqları “Kürd qurumunun formalaşması modeli”nin formulu bu prosesin gedişində müəyyən edildi.

Suriyada kürdlərin daxil olduğu federativ quruluş düşünülmür. Şimali Suriyada, lakin sərhədlərimizdən uzaqda, sərhədləri bəlli olan və Suriya ordusu tərəfindən qorunan, sərhədlərində Suriya bayrağı dalğalanan və YPG/PYD təsirindən azad edilən bir ərazidə yaradılacaq kürd qurumuna mədəni və idarəçilik muxtariyyatı veriləcək.

Rusiya ilə ABŞ arasında keçirilən gizli diplomatik görüşlərdə Türkiyənin öncə buna etiraz edəcəyi, lakin sonra, Şimali İraqda olduğu kimi, bu qurumla iş apardığı halda, İraq Kürd Regional Administrasiyası necə Türkiyənin təsiri altına girdisə, Şimali Suriyada da bunun olacağı danışıldı.

 

Gizli diplomatiyada baş verənlər

 

Bu nəticənin necə əldə edildiyini Vaşinqtonda birbaşa özüm müşahidə etdim. O üzdən bu prosesi də ən yaxşı məhz mən anlada bilərəm.

Rusların “Şimali İraq modeli” adlandırdıqları formulu amerikalılara anlatmaq üçün planın memarı olan Putinin Orta Şərq üzrə müşaviri Vitali Naumkin bu ilin fevral ayının 25-də Vaşinqtona gəldi. 26 fevralda Corctaun Universitetində yalnız xüsusi dəvət olunanların iştirak edə biləcəyi yeməkli toplantı oldu.

26 fevral gecəsi Vaşinqtonun xarici siyasət və milli təhlükəsizlik elitaları Naumkinin Suriya planını dinləməyə gəlmişdilər. Naumkin “Kürdlər və Suriyanın gələcəyi” mövzusuna həsr etdiyi çıxışında Rusiyanın düşüncələrini açıqca anlatdı.

Ertəsi gün – 27 fevralda o dövrdə MKİ direktoru olan Mayk Pompeo Prezident Trampa səhər brifinqi vermək üçün Ağ Evə bir az gec gəldi. Naumkinin Vaşinqtondan ayrılmasını gözləmişdi. Bu baxımdan Pompeonun nə üçün önəmli olduğunu da anlatmalıyam.

Naumikinin Vaşinqtona gəlməsindən bir həftə öncə, MKİ direktoru gizli bir əməliyyat keçirmişdi. MKİ-nin FTB ilə əməkdaşlıq şəraitində apardığı bu əməliyyatla Rusiyanın xarici, daxili və hərbi kəşfiyyatının rəhbərliyindəki şəxslər gizlicə Vaşinqtona gətirildilər. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinvə FTX-nin rəhbəri Aleksandr Bortnikov da Vaşinqtona gələn qrupda idi. Halbuki bu şəxslərə qarşı tətbiq olunan sanksiyalar görə, onların ABŞ-a girişi qadağan olunmuşdu. Pompeo onları MKİ-nin mərkəzi ofisində qəbul etdi və uzun bir toplantı keçirildi. Bu toplantıda Naumkinin bir həftə sonra açıqlayacağı “Kürd planı” və Suriyanın gələcəyi məsələsinin detalları müzakirə edildi.

Bu hadisədən sonra Naumkinin nitqini də dinləyən Pompeo, 27 fevralda verdiyi Gündəlik Prezident Brifinqində (Presidential Daily Briefing) Fəratın şərqi ilə bağlı olaraq düşünülənləri Prezident Trampa anlatdı. Brifinqdən sonra Trampın Putinə zəng etməsi planlaşdırılmışdı.

Onlar 1,5 saat telefonda danışdılar. Tramp, Putinlə danışarkən “Şimali İraq modeli”inə həmən razılıq verməsə də, onun, ən azı, üzərində müzakirə aparıla biləcək bir təklif olduğunu söyləmişdi.

O gün Vaşinqtonda, əgər Suriyada İranın təsirinin azaldılması prosesinə Rusiyanın aktiv dəstəyi alına bilərsə, “Şimali İraq modeli”inə dəstəyin artırılması haqqında qərar verildi.

Vaşinqton bu modelə “Qamışlı modeli” adını verdi.

27 fevralda Vaşinqtonda, əgər bir gün ABŞ bölgədəki 2200 hərbçisini geri çəkərsə, YPG/PYD ünsürlərinə “Siz Əsəd hakimiyyəti və Rusiya ilə əlaqəli çalışın” deyilməsinə də qərar verildi.

Anlayacağınız odur ki, bizi bu günlərə gətirən prosesin pərdə arxasında bunlar yaşandı. Bunlar mənim şərhlərim deyil, birbaşa yaxından izlədiyim və çoxtərəfli dəqiqləşdirdiyim hadisələrdir. Məsələ Orta Şərq, xüsusilə Suriya olduqda heç bir hadisəyə qəti olaraq baxmamaq lazımdır. Lakin hadisələrin inkişafının yeni bir prosesin içinə daxil olduğu qətidir. Qəti olan digər bir şey də bölgədə Türkiyənin müəyyənedici olacağıdır.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Anar Məmmədov: “Diplomatlarla mətbuat azadlığı barədə və mənim gözlənilən məhkəmə prosesim haqda danışdıq”

Sonrakı yazı

Prezident icbari tibbi sığortanın tətbiqi haqda fərman verdi:yeni publik hüquqi şəxs yaradıldı – Detallar

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.