22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ginekoloji mətbuatın” Şəbnəm Tovuzlu sancısı…

17 Sentyabr 2018, 01:55
Gündəm, Seçmə
A A
“Ginekoloji mətbuatın” Şəbnəm Tovuzlu sancısı…

Rəhmətlik ustad yazar Məmməd Nazimoğlunun yaxşı bir sözü varıydı: bəzi jurnalistlərin başı ginekoloqların əli çatmayan yerlərə girir.

İndi ölkədə göbələk kimi artan “sarı mətbuat”ın həmin mamaça-jurnalistləri, “qələmindən süd iyi” gələnlər özləri üçün olduqca əttökən, “qlobal, geosiyasi” mövzu tapıblar: hamının efirdən yaxşı tanıdığı müğənni Şəbnəm Tovuzlunun həyat və yaradıcılığında yalnız həyatından yazmaq!!!

“Alt paltarı” jurnalistikası ilə məşğul olan bu xəbər portallarının “başsız redaktorları”, “ucuz ətin şorbasından” ucuz və bayağı sensasiya düzəltməyə çalışan müxbirləri Ş.Tovuzlunun ümidinə qalıblar.

Müğənninin şəxsi həyatından “min bir gecə nağılları” yaradan Allah qoymasa, həmin “peşəkar” jurnalistlər saytlarında oxunma sayğacını belə ucuz şou informasiyalar tirajlamaqla qaldırırlar.

Ş.Tovuzlunun yaradıcı işləri bir yana qalıb, ancaq həyatına, mətbəxinə, az qala yatağına girib çəkiliş aparmaq istəyirlər ki, görəsən müğənni necə yaşayır, nə yeyir, nə içir…Axı sizə nə?

Gah yazırlar ki, həyat yoldaşı konsertini helikopterlə izləyəcək, gah yazırlar ki, övladının atası filankəsdir, gah yazırlar əri tərəfindən incidilir…Budurmu sizin jurnalistika? Budurmu peşəkar media? Siz də jurnalist, biz də…?

Ölkədəki yüzlərlə sosial problemlərdən, iqtisadi hadisələrdən, məmur özbaşınalığı, haqsızlığı ilə üzləşən vətəndaşların, köçkünlərin, şəhid ailələrinin dərdindən yazmağa “yuneskosu” çatmayanlar Şəbnəm Tovuzlunun barəsində guya hansısa “araşdırma” aparıb cəmiyyəti məhvərindən oynadan “ifşa” xarakterli məlumatlar əldə edirlər.

Bunu yazanlar nəzərə almırlar ki, o müğənni, ictimai fiqur olmaqla yanaşı bir qadındır, anadır, bir ailəli insandır və hər hansı informasiya olanda ən azı jurnalistikanın qırmızı qaydası olan qarşı tərəfin fikrini öyrənmək üçün Şəbnəm Tovuzluya zəng etmək çətin iş deyil.

Əmma…“dekolte jurnalistləri” üçün həyati əhəmiyyətli iş Şəbnəmin şəxsi həyatına əyri burunlarını və əyri, bisavad qələmlərini soxmaqdır. Həyasızlığın dibidir.

Ən dəhşətlisi belələrinin üzündən bütün mətbuat ləkələnir, jurnalistlər gözdən salınırlar. Kim külli ixtiyar verib ki, sizin ucbatınızdan “qurunun oduna yaş da yansın”?!

Bu anlamda doğurdan da mərhum Məmməd Nazimoğlu haqlı imiş və fikirləri aktualdır: bəzi jurnalistlərin başı ginekoloqların əli çatmayan yerlərə girir.

Onların sancısı, dərdi, ağrısı Şəbnəm Tovuzludur. Sanki bu xanımdan savayı ölkədə qurdalamağa ifaçı, aktrisa yoxdur.

Efirdəki ağzından horra tökülən bəzi aparıcıları, biabırçı verilişləri tənqid etməyə, MTRŞ sədri Nuşirəvan Məhərrəmliyə sözünü deməyə cəsarəti çatmayanlar, evi qanunsuz sökülən, torpağı əlindən zorla alınan, məhkəmələrdə, idarələrin qapılarında süründürülən, məmurların qoçuları tərəfindən döyülən, icra başçıları tərəfindən aşağılanan vətəndaşların harayını yazmağa icazəsi olmayanlar üçün mətbuat, söz azadlığı Şəbnəm Tovuzlunun şəxsi həyatına çomaq soxmaqla məhdudlaşır. Yesinlər sizin sarılıq xəstəliyinə tutulan, sancı çəkən mətbuatınızı…

Buna heç sarılıq mətbuatı da demək olmaz, “ginekoloq jurnalistlərin” Şəbnəm Tovuzlu dərdi, Şəbnəm Tovuzlu sancısı adlandırmaq olar.

Jurnalist müğənninin pulunu sayırsa, ondan qeybət yazırsa, əri ilə münasibətlərindən dezinformasiyalar uydurursa, onda həmin müxbir ya da baş redaktor “yüngül jurnalistika tərzi” ilə məşğuldur və çörəyini Şəbnəm Tovuzlunun şəxsi həyatına burun soxmaqla çıxarır…Nə deyirik, nuş olsun!!!

REPORTYOR.info

Ə.Arifə

 

Əvvəlki yazı

Mingəçevirdə məktəb direktoru isə…molladan təşəkkür alır…

Sonrakı yazı

GƏNCƏNİN SABİQ MEMARI YOXA ÇIXIB! – Vətəndaşlardan külli miqdarda pul toplayıb!

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.