General Zalov: “Bir çağırışınız kifayətdir ki, polis gəlsin…”

11 Oktyabr 2019 - 14:13
85 oxunma

Daxili işlər nazirinin müavini, general Oruc Zalov dairə seçki komissiyalarının rəhbərlərini polisin seçkilər zamanı dərhal onların köməyinə gələcəyinə əmin edib.

“Bu gün müasir texnologiyalar dövründə demokratik və aşkar keçirilən seçkilərə xələl gətirmək istəyənlər də olmamış deyil”,-Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

O qeyd edib ki, kimsə cibində kamera hansısa nöqsanı tapıb şişirtmək məsqədilə təxribat xarakterli addımlar ata bilər: “Güman edirəm ki, dairə seçki komissiyalarının polislə birgə apardığı iş emosiyaya qapılmadan olmalıdır. Bəlkə də polisi məntəqəyə dəvət etmədən bu məsələləri yerində və vaxtında həll etmək lazımdır ki, polis müdaxiləsi olmasın, beynəlxalq səviyyədə də bu məsələ qaldırılmasın. Sözsüz ki, sizin qanuni tələblərinizi vaxtında yerinə yetirməyən, işinizə mane olmağa çalışanlarla bağlı tədbir görülməsi üçün bir çağırışınız kifayətdir ki, polis köməyə gəlsin”.

O.Zalovun sözlərinə görə, heç kəsə imkan verilməyəcək ki, nə məntəqələrin, nə də dairələrin işinə mane olsun: “Bələdiyyə seçkləri ən yüksək səviyyədə keçiriləcək. Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapışırığı ilə sizə bildirirəm ki, asayişin pozulmasına heç bir cəhd ola bilməz. Belə bir hal olarsa, qarşısı qətiyyətlə alınacaq”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"