10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

GENERAL MİRQAFAR SEYİDOV ƏLİ KƏRİMLİNİ HƏDƏLƏDİ:”Onun və tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı qətiyyətlə alınacaq”

22 Yanvar 2019, 01:57
Uncategorized
A A
GENERAL MİRQAFAR SEYİDOV ƏLİ KƏRİMLİNİ HƏDƏLƏDİ:”Onun və tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı qətiyyətlə alınacaq”

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov AXCP sədri Əli Kərimlinin 19 yanvar mitinqindən sonra hakimiyyət orqanlarının, guya, qorxuya düşdükləri və buna görə də polis naryadlarını paytaxtın hər yerində səfərbər etdiyi haqda iddiasına sərt cavab verib.

Reportyor.info-nun xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi “Report” İnformasiya Agentliyinin bu haqda ona ünvanlanmış suallarına cavabında deyib ki, AXCP sədrinin hakimiyyətə qarşı ultimativ dildə danışması yolverilməzdir və bundan sonra istənilən qüvvənin Bakı şəhərində sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq:

“AXCP sədri və onun tərəfdarları keçirdikləri son mitinqdən sonra eyforiyaya qapılaraq və reallıq hissini itirərək xalqın adından danışmaq səlahiyyətlərini üzərlərinə götürüb hakimiyyət orqanları ilə ultimativ tonda, şantaj dili ilə danışmağa çalışırlar. Vaxtilə on aylıq hakimiyyətləri dövründə AXCP-Müsavat cütlüyünün aparıcı funksionerlərindən olan Əli Kərimlinin və digərlərinin siyasi səriştəsizliyi, təcrübəsizliyi və səbatsızlığı nəticəsində verdikləri yanlış qərarların doğurduğu fəsadların əziyyətini xalqımız bu gün də çəkir. Buna baxmayaraq, həmişə haqqdan, ədalətdən, obyektivlikdən, demokratiyadan dəm vuran, guya, insan hüquqlarının pozulmasından danışan, hamıya qanunun aliliyindən dərs keçməyə çalışan Əli Kərimli iqtidarda olarkən vətəndaşlarımızı fəlakətə düçar etdiklərinə görə özündə indiyədək mənəvi güc və cəsarət tapıb xalqdan üzr istəməyib.

Xalqımızın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyev məhz Ə.Kərimli və digərlərinin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə yaranmış xaos, anarxiya və cəzasızlıq mühitinin qarşısının alınması üçün çox böyük səylər göstərdi. Ümummilli liderin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq bərpa edildi, insan hüquq və azadlıqları etibarlı şəkildə təmin olundu.

İndi hakimiyyəti mitinqdən qorxmaqda və polisi ölkə paytaxtında, guya, mitinqçilərə qarşı səfərbər olmaqda günahlandıran Əli Kərimli və onun tərəfdarları bilməlidirlər ki, Azərbaycan dövləti, hüquq-mühafizə orqanları hər zaman öz vətəndaşının yanında olub, onun təhlükəsizliyini, əmin-amanlığını, hüquq və mənafelərini hər cür qanunsuz hərəkətlərdən qoruyub və bundan sonra da qoruyacaqdır.

Bu gün paytaxtda həyata keçirdiyimiz qabaqlayıcı-profilaktiki və əməliyyat xarakterli tədbirlərdə də əsas məqsəd günü-gündən gözəlləşən, dünyanın təhlükəsiz şəhərlərindən birinə çevrilmiş paytaxtımızın sakinlərinin həyatını, sağlamlığını, təhlükəsizliyini, əmin-amanlığını qorumaqdır. Bakı şəhərində sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq, polislə bilərəkdən qarşıdurma yaratmaqla öz antimilli məqsədlərini reallaşdırmaq istəyən müəyyən destruktiv qüvvələrin, o cümlədən Ə.Kərimli və onun tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq-mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcəkdir”.

General Mirqafar Seyidov Milli Şuranın yaxın günlərdə yenidən mitinq keçirmək istəyində olması ilə bağlı suala cavabında isə deyib ki, o, yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracaq:“Sonuncu mitinqlərində onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”.

Əvvəlki yazı

Səməd Seyidov AŞPA-da çıxış etdi:“Mehman Hüseynovdan istifadə edərək ölkəmizə hücum təəssüf doğurur”

Sonrakı yazı

Gədəbəy məktəblərini “tikən” şirkət tapılmır

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.