16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

General Babayan: “Lənkəranı tutardım” – Qarabağda çaxnaşma

10 Sentyabr 2020, 16:34
Siyasət, Manşet
A A
General Babayan: “Lənkəranı tutardım” – Qarabağda çaxnaşma

Azərbaycanın işğal altındakı ərazilərində qurulmuş qondarma rejimin sıralarında bir-biri ilə rəqabət aparan qruplaşmalar yaranıb və onlar arasındakı münasibətlər “dqr” üçün təhlükəli həddə çatıb.

Virtualaz.org xəbər verir ki, Ermənistanda nəşr edilən “Qraparak” (“Meydan”) qəzeti bu haqda yazır.

Bu qruplaşmalardan birinin rəhbəri qondarma “təhlükəsizlik şurasının katibi”, keçmiş “müdafiə naziri” general Samvel Babayandır. O, öz nüfuzunu getdikcə artırır və qondarma rejimin rəhbəri Araik Arutyunyanın nəzarətindən çıxır. Digər qruplaşmanın başında “xarici işlər naziri” Masis Mailyan dayanır və o, öz oyununu oynayır. İşğalçı qüvvələrin genealları isə öz işlərindədir və onların öz planları var.

Bildirilir ki, Ermənistan hakimiyyəti bu intriqaların qarşısını almağa çalışır. Əgər vəziyyət düzəlməsə yaxın vaxtlarda kadr dəyişikliyi mümkündür. Məhz bu intriqalar səbəbindən bir neçə gün əvvəl Ermənistan hakimiyyəti Babayana “sarı vərəqə” göstərib. Belə ki, Babayan Daşnaksütun partiyasının gənclər qanadı ilə qapalı görüşündə Ermənistanla Qarabağ arasında qarşılıqlı hərbi yardım müqaviləsinin imzalanması haqda təkliflərə toxunub. Və bunları deyib: “Biz kiminlə hərbi ittifaq bağlayırıq, kim kiminlə? Burada olanların hamısı Ermənistan ordusudur. Məgər Ermənistan özü özü ilə müqavilə bağlayacaq?”.

Samvelin çıxışının bu fraqmenti separatçıların KİV-lərində yayılıb və daha sonra Ermənistandan gələn zənglə silinib.

Həmin görüşdə Samvel Babayan hətta “Lənkəranın işğalı” haqda da danışıb. Belə ki, yayılan xəbərlərə görə Babayan Goranboy rayonunu yox, Gəncə şəhərini tutmağa üstünlük verdiyini deyib. Bunun daha əlverişli olacağını bildirib. Və dərhal ona qarşı hücumlar başlayıb-axı necə ola bilər ki, Babayan keçmiş Şaumyan rayonunun “azad edilməsini” istəmir?

Samvel Babayan özü isə sentyabrın 9-da Xankəndində “deputatlarla” görüşündə onun sözlərini “yanlış yozduqlarını” deyib. Bildirib ki, ona görüşün gənclərlə olacağını demişdilər. Bu səbəbdən açıq danışıb. Amma sonra məlum olub ki, görüşdə jurnalistlər də olub. Və onun dediklərini təhrif ediblər, kontekstdən çıxarıblar.

“Problem bundan ibarətdir: mənə hərbi sahədən sual verdilər, dedim ki, fikrimcə əgər mənə Gəncəni və ya Lənkəranı tutmaq seçimi verilsəydi mən Lənkəranı seçərdim. İkincisi, bu halda biz təkcə sərhədləri genişləndirmirik, bu, həm də iqtisadi baxımdan sərfəlidir. Bütün məna budur, ancaq deyirlər ki, Babayan guya Şaumyan rayonunun azad edilməsinə qarşıdır”,-o deyib.

Qeyd edək ki, Qarabağ müharibəsi illərində Azərbaycan ərazilərinə başçılıq edənlərdən biri olan və dinc azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə ad çıxaran Samvel Babayanın oyuncaq rejimin rəhbərliyinə gətirilməsi Ermənistanın indiki hakimiyyətinin danışıqlar prosesini kökündən baltalamağa yönəlmiş təhrikedici addımlarından biri idi. Hansı ki, bu avantürist səhra komandiri 90-cı illərin ab-havasında yaşayır və nəinki Gəncəni, lap elə Lənkəranı da tutmaq xəyalları qurur…

Əvvəlki yazı

Azərbaycan: 142 nəfər yoluxub, 150 nəfər sağalıb, 1 ölü…

Sonrakı yazı

“Ramiz Mehdiyev tələb edirdi ki, pul gətir” – Hafiz Hacıyev

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.