Gəncədə səhlənkarlıq: uşaq qızdırmadan öldü

19 Oktyabr 2019 - 12:17
79 oxunma

Gəncə şəhərində azyaşlı xəstəlikdən dünyasını dəyişib.

Reportyor.info bildirir ki, hadisə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında baş verib.

Gəncə şəhər sakini, 2014-cü il təvəllüdlü Abdullayeva Zəhra Ramiz qızının bir neçə gün qızdırması olub. Azyaşlı Gəncə şəhər Dəmir Yolu Xəstəxanasına aparılsa da, orada müalicələr nəticə verməyib.

Uşaq oktyabrın 19-da səhər saatlarında yüksək hərarət ilə Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Uşaq xəstəxanaya çatdırılandan bir müddət sonra orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"