Gəncədə öldürülən polkovnikin xanımı prezidentə yazdı: “…utanmırlar”

20 Sentyabr 2019 - 16:15
1747 oxunma

Gəncə hadisələri zamanı iğtişaşçılar tərəfindən meydanda xidməti fəaliyyətini yerinə yetirən polkovnik İlqar Balakişiyevin də ailəsi prezidentə müraciət edib.

Reportyor.info  xəbər verir ki, İ.Balakişiyevin həyat yoldaşı Nazilə Balakişiyeva bu gün ölkə prezidentinə məktub ünvanlayan polis zabiti Səməd Abbasovun ailəsinin müaciətlərinə qoşularaq bu cinayətdə əli olanlara layiqli cəza verilməsini istəyib:

“Yüksək rütbəli zabitlərin öldürülməsini təşkil edən insanlar tərəfindən biz çox aşağı qiymətləndirilirik. Bu hadisələri törədən insanlar elə bilir ki, o polislər adi insanlardır. Biz susuruq deyə bu hadisənin dərin mənasını heç kim dərk etmir. Ona görə biz günahkarların azad olunmasını tələb edənlərin cəzalandırılmasını tələb edirik.

Bu qətli törədənlərin lazımi cəzalarını almalarını bilməyə haqqımız var. Əllərində silah olmadığı halda, durduqları yerdə yüksək rütbəli zabitlərin məhv edilməsi nə deməkdir? Bu adamları yetişdirməkdən ötrü dövlət və ailələri nə qədər əziyyət çəkiblər.

Onlar başa düşmürlər ki, belə şəxsiyyətləri itirmək nə deməkdir. Biz onlardan fərqli olaraq ziyalı adamlarıq və buna görə də onların etdiklərini etmirik. Amma indi istəyirik ki, bizim də səsimizi eşitsinlər.

Bu işlə bağlı həbs edilənlərin yaxınlarına demək istəyirəm ki, heç olmasa abırlarına qısılıb ortalığa çıxmasınlar. Günahsız insanları öldürdüklərinə görə utanmırlar. Onların övladları, həyat yoldaşları tutulsa da, sağdı. Amma mənim ailəmin başçısı artıq yoxdur. Mənim də övladım var, amma onlar küçəyə çıxıb kimisə öldürəsi deyil”.

Müraciətdə deyilir: “Çünki mən onlara yaxşı tərbiyə vermişəm. Ancaq elə bir övladları tərbiyə edən anadan nə gözləmək olar ki? Səviyyəsiz, təhsilsiz, məntiqsiz. Onlar şüursuzluqlarından bu hərəkəti edirlər. Onlar hansı səviyyədə insan öldürdüklərini dərk etmirlər. Gəncədə neçə nəfər polkovnik var ki? Bir, iki ya da üç.

Cənab Prezident İlham Əliyevdən həyat yoldaşım İlqar Balakişiyevi qətlə yetirənlərə layiqli cəza verilməsini xahiş edirəm”.

Qeyd edək ki, bu gün 2018-ci ildə Gəncə iğtişaşları zamanı qətlə yetirilən polis zabiti Səməd Abbasovun həyat yoldaşı Leyli Abbasova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktub ünvanlayaraq günahkarların cəsalandırılmasını xahiş etmişdi.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"