Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Reportyor.info-nun məlumatına görə, hadisə rayonun Dəyirmandağı kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü Məsimova Zülfiyyə Faiq qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyata götürülüb.
Məlum olub ki, 28 yaşlı qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisənin baş verməsi səbəbləri araşdırılır.