01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Gədəbəy məktəblərini “tikən” şirkət tapılmır

22 Yanvar 2019, 02:50
Seçmə, Banner
A A
Gədəbəy məktəblərini “tikən” şirkət tapılmır

Rəsmi sənədlərə görə, 2013-2014-cü illərdə rayonun ümumtəhsil ocaqlarının əsaslı və cari təmir işləri ilə məşğul olan “Rinat – EL” Məhdud Məsuliyyətli Cəmiyyəti qeybə çəkilib?! Bir müddət öncə Gədəbəy Rayon İcra hakimiyyətinin sabiq başçısı Ramiz Yediyarovun fəaliyyətinin araşdırılması məqsədi ilə 3 idarənin müştərək yoxlamalara başladığı xəbəri yayılmışdı. Yayılan informalsiyalarda bildirilirdi ki, Korrupsiyaya qarşı mübarizə idarəsi , Maliyyə Nazirliyi, Hesablama Palatası təftiş komissiyasının yoxlamaq üçün gəlmiş müfəttişləri rayonun təhsil şöbəsinin müdiri Baxış Nağıyevin bahalı villasında gecələmiş, sonra isə paytaxta qayıtmışlar. Hər hansı bir rayonun keçmiş icra başçısının fəaliyyəti araşdırılırsa, gələn yoxlama komissiyasının niyə təhsil şöbəsinin müdirinin evində gecələmələri, orda yeyib-içmək,  məclisləri qurmaqları bizə də maraqlı gəldi. Axı keçmiş icra başçısının fəaliyyətindəki pozuntuların aşkarlanmasının təhsil şöbəsinin müdirinə nə dəxli ola bilər ki?

Qeyd edək ki, Ramiz Yediyarov ömür boyu vergilər sahəsində müxtəlif vəzifələrdə işləyib. Baxış Nağıyeviin isə bu yoxlamalar zamanı narahatlığına səbəb odur ki, keçmiş icra başçısı ilə birlikdə, külli miqdarda vəsaitin müqabilində, qabaqcadan əlbir olaraq keçirdikləri şübhəli dövlət satınalmalarının izini hələ də itirə bilməyiblər. Beləki, apardığımız araşdırmalar zamanı məlum olub ki, 2013-cü ildə, Baxış Nağıyevin təhsil şöbəsinə təyinatından sonra iki il ardıcıl, yəni 2013-2014-cü illərdə rayonun ümumtəhsil məktəblərinin binalarının əsaslı və cari təmir işlərinin satın alınması üzrə keçirilən müsabiqələrin qalibi olan şirkətlərin işi yarıtmaz olsa da, özlərinin izi-tozu yoxdur.

Necə deyərlər it də gedib, ip də… Apardığımız araşdırmalar zamanı məlum olub ki, təkcə 2013-2014-cü illərdə təmir işləri üzrə keçirilən, ümumi məbləği 290 940,72 manat (iki yüz doxsan min, doqquz yüz qırx manat, yetmiş iki qəpik) dəyərində müsabiqələrin qailibi olan “Rinat-EL” MMC barəsində rəsmi mənbələrdə heç bir məlumat tapmaq olmur.

 

Rəsmi sənədlərə əsasən məlum olur ki, “Rinat-EL” MMC 2013-cü ildə: – əsaslı təmir işlərinin satın alınması üçün – 110 376 manat ( yüz on min üç yüz yetmiş altı); – cari təmir işlərinin satın alınması üçün isə – 90 451, 41 manat (doxsan min dörd yüz əlli bir manat, qırx bir qəpik); 2014-cü ildə isə: – cari təmir işlərinin satın alınması üçün – 90 113,31 manat ( doxsan min yüz on üç manat, otuz bir qəpik) dəyərində müsabiqələrin qalibi olub. Maraqlıdır ki, Vergilər Nazirliyinin rəsmi saytında yerləşən kommersiya qurumlarının dövlət reyestri məlumatlarının bazasında belə bir şirkət barədə heç bir informasiya tapılmır.

Mütəxəssislərin fikrinə görə, şirkət ləğv onunanda, bazadakı materialları tapmamaq mümkündür. Belə çıxır ki, dövlət büdcəsindən xərclənən üç yüz minə yaxın məbləğin, daha dəqiq desək, 290 940,72 manatın (iki yüz doxsan min, doqquz yüz qırx manat, yetmiş iki qəpik) aqibəti bilinmir. Bu pulun israfı müqabilində hansı məktəblərdə, hansı işləri, kimlərin necə həyata keçirdiyi böyük sual altındadır.

 

Mövzu ilə bağlı Gədəbəy Rayon təhsil Şöbəsinin müdiri Baxış Nağıyevlə əlaqə saxladıq. O, saytımıza verdiyi açıqlamasında bütün satınalmaların şəffaf keçdiyini, bildirsə də, şirkətin barəsində bildiklərini unutduğunu söylədi: “Bütün yazılan məbləğlər, qəpiyinə qədər təyinatı üzrə xərclənib və Maliyyə Nazirliyi tərəfindən hər şey yoxlanılıb. O qədər şirkətlər, o qədər satınalmalarda qalib olub ki, yadımda qalmayıb, xatırlamıram.” Maraqlıdır ki, rayonun təhsil şefi bu təmir işlərinin hansı məktəbdə olduğunu da unutduğunu, heç birini xatırlamadığını bildirir.

Cəmil Məmmədli

REPORTYOR.info

Əvvəlki yazı

GENERAL MİRQAFAR SEYİDOV ƏLİ KƏRİMLİNİ HƏDƏLƏDİ:”Onun və tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı qətiyyətlə alınacaq”

Sonrakı yazı

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri: Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.