Bolqarıstanın I liqasında koronvirusa kütləvi yoluxma baş verib.
Reportyor.info xəbər verir ki, “Tsarsko Selo” və “Çerno more”nin ümumilikdə 19 üzvündə infeksiya aşkarlanıb.
Hadisəyə laboratoriya səhvi səbəb olub. Sportinfo yazır ki, iki komanda arasındakı oyundan öncə “Tsarsko Selo”nun müdafiəçisi Martin Kavdanski virusa yoluxsa da, analizin nəticəsi mənfi çıxıb.
Matça start heyətdə başlayan oyunçu 3-ü komanda yoldaşı olmaqla, 19 nəfəri virusa yoluxdurub. Sonradan laboratoriya öz səhvini etiraf edib.