Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək

24 Noyabr 2018 - 11:37
91 oxunma

Reportyor.info xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında “Keşlə” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq.

Bu komandalar Azərbaycan çempionatları tarixində 41 dəfə üz-üzə gəliblər. Bunların 14-də meydan sahibləri, 11-də isə əyalət təmsilçisi qələbəyə sevinib, 16 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də paytaxt klubu öndədir – 52:41.

Komandalar arasında son üç çempionat oyununda eyni – 1:1 hesablı heç-heçə qeydə alınıb. “Qəbələ” rəqibinə qarşı 8 çempionat oyununda meydanı qolsuz tərk etməyibsə, “Keşlə” 12 matçında əyalət təmsilçisinə qalib gələ bilmir.

Komandalar arasındakı ilk dövrədəki matç bərabərliklə yekunlaşıb – 1:1. “Qəbələ” turnir cədvəlində 12 xalla beşinci, “Keşlə” isə 9 xalla yeddinci pillədə qərarlaşıb.

Günün digər matçı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. “Qarabağ” Premyer Liqanın debütantı “Sabah”ın müqavimətini qırmağa çalışacaq. Komandalar arasındakı yeganə matç ilk dövrədə reallaşıb. Ağdam klubu səfərdə rəqibini 2:0 hesabı ilə üstələyib.

“Qarabağ” 23 xalla ikinci, “Sabah” isə 16 xalla dördüncü yerdədir.

24 noyabr (şənbə)

16:30. “Keşlə” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”

19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyun ilə yekun vurulacaq. “Səbail” “Neftçi”ni, “Zirə” isə “Sumqayıt”ı qəbul edəcək.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"