Fuad Qəhrəmanlı istefa verdi – Son!

21 Sentyabr 2019 - 10:39
1751 oxunma

“AXCP sədri müavinliyindən istefa verdim”.

Reportyor.info xəbər verir ki, bu bəyanatı ötən gecə Fuad Qəhrəmanlı özünün Facebookdakı səhifəsində verib.

Bəyanatın mətnində bu istefanı ən müxtəlif rənglərlə rəngləməyə, adı ətrafında ortaya çıxan biabırçılıqıarı siyasiləşdirməyə çalışan Qəhrəmanlı bu addımı AXCP naminə atdığını iddia edib. Qeyd edib, ki, guya kimlərsə AXCP -yə və Əli Kərimliyə qarşı səlib yürüşünə keçib.

Qəhrəmanlı daha sonra yazıb: “Barəmdə deyilən ittihamlar təhrif olunub və mən həbs olunmazdan öncə 4- 5 il öncə konfliktli situasiya zəminində qısa müddətli ailə daxil münaqişə yaşlşamışam. Bu baş verənlərə görə də pesmanam. Bu zaman yaşanan gərginlik övladlarımda mənəvi travma yaradıb və Selcanın açıqlaması da bu travmadan doğan emosional reaksiya olub.

Ancaq bundan sonra Zümrüdlə 5 illik birgə həyat sürməklə, biz əslində o dönəmin yaralarını sarmışdıq. Selcanın statusunda qeyd etdiyi fikirlərlə bağlı polemikaya girməyi mənəvi baxımdan özümə uyğun görmədiyimdən , onunla bağlı gerçək motivləri də aydınlaşıdırmağı doğru saymıram.

Bütün bunlara rəğmən mən indiki halda öz haqlılığımı deyil, AXCP -nin nüfuzunu və ona qara yaxmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını almağı əsas götürərək, AXCP sədrinin müavini postundan istefa verirəm”.

Qəhrəmanlı daha sonra özünü və ömür yolunu tərifləyib: “15 yaşımdan ömrümü ancaq rejimə qarşı mübarizəyə sərf etdiyimdən, bu qərarı vermək heç də asan deyil. 30 illik bir siyasi prosesin yetisdirdiyi siyasətçinin getməsi, heç də km demokratik mübarizənin xeyrinə deyil. Biz statusa deyil, mübarizyə, prinsiplərə sadiq olmuşuq”.

Qeyd edək ki, F. Qəhrəmanlının qızı Selcan Yağmur dünən sensasion açıqlama ilə çıxış edərək, atasının anasını və onları sadiscəsinə döyməsi və başqa biabırçılıqlar barədə açıqlama yaymışdı. Qızının açıqlamasından dəqiqələr sonra Fuad Qəhrəmanlı xüsusi bəyanatla çıxış edərək, bəyan etmişdi ki, Selcanın Facebook profili oğurlanıb…

 

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"