Fuad Abbasovun Moskvada saxlanılması təsdiqləndi:”Azərbaycana deportasiya ediləcək”

20 May 2019 - 19:56
323 oxunma

“Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək”. 

Reportyor.info xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna açıqlamasında onun vəkili Elman Paşayev deyib:

“Jurnalist Fuad Abbasov Moskvada Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Mən indi onunla görüşdüm. Fuad bəzi prosedurları keçdikdən sonra mayın 28-i axşam saatlarında Azərbaycana deportasiya ediləcək”. 

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"