“Fuad Abbasovun hələ də həbsdə saxlanılması ilə bağlı dəqiq izahat verilmir”

11 İyun 2019 - 10:07
129 oxunma

Fuad Abbasovun hələ də miqrantlar üçün müvəqqəti saxlanma məntəqəsində saxlanılması ilə bağlı dəqiq izahat verilmir.

APA-nın Moskva bürosunun verdiyi məlumata görə, bunu Fuad Abbasovun vəkili Teyyub Şərifov bildirib.

O, bu gün Fuad Abbasovla görüşdüyünü söyləyib.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"