Fransa Liqası rəhbərliyinin bu mövsümün bərpası ilə bağlı planları müəyyənləşib.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, liqa rəhbərliyi mövsümü iyunun 17-i yenidən başlamaq və iyulun 25-i tamamlamaq istəyir.
2020/2021 mövsümünə avqustun 22-i başlamaq hesablanır. Bu planların rəsmiləşməsi üçün karantinlə bağlı yeni qərarın gözlənildiyi bildirilib.
Qeyd edək ki, martın 10-dan təxirə salınan Fransa Liqasında mövsümün başa çatmasına 10 tur qalıb.