Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Araşdırma

“Fövqəlnazir”in oliqarx işçisi ilə oğlunun fantastik sərvəti Qərb mediasında – Foto

2021-02-20
in Araşdırma, Banner
0
“Fövqəlnazir”in oliqarx işçisi ilə oğlunun fantastik sərvəti Qərb mediasında – Foto
0
Paylaşılıb
25
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Bənzər Yazılar

“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur

Şuşada çəkilən fotonun müəllifi o imiş…

İngiltərədə nəşr olunan rusdilli “Англия” qəzeti (https://www.google.com/…/young-business-club-nazim…/amp/) onu öz oxucularına “gənc biznesmen” kimi tanıdıb: “Valideynlərim məni 15 yaşımda İngiltərəyə göndərdilər”.
Reportyor.info jurnalist Cavanşir Həsənliyə istinadən xəbər yazır ki, 15 yaşlı Nazim Londondakı illik təhsil haqqı 15 funt-sterlinq və ya 33 min manat olan Mander Portman Woodward yatılı kollecində 2 il oxuyub.
Daha sonra o, Londondakı Regents Universitetində təhsil alıb. Burada illik təhsil haqqı (bura yaşam və digər xərclər aid deyil) 21 min funt sterlinq, yaxud 47 min manat təşkil edir.
Təbii ki, Londonda təkcə təhsil haqları ümumilikdə 250 min manata çatan tələbə sıradan biri deyil və qəzetin onun atasının kimliyi barədə məlumatsız olan oxucuları üçün Nazimin “uğur tarixçəsi” qibtə doğura bilər.
Nazimin atası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdur – deyə C.Həsənli qeyd edib.
Onun məlumatına görə, Cəbrayıl Xanlarovun babasının adını daşıyan Nazim 20 yaşında tələbə ikən Londondakı digər məmur balalarından geri qalmırdı və şirkətləri vardı. 2014-cü ilin aprelində o, Slovakiyadan olan tələbə dostu David SKIRKANIC-i özünə ortaq seçərək İngiltərədə SHARK&SHARK LTD-ni təsis edib.
Elə həmin ilin dekabrında Nazim Azərbaycandan olan digər dostu Javlonbek YULDASHEV ilə birlikdə Londonda FRIENDS AND BROTHERS LIMITED-i qeydiyyatdan keçirib. Şirkət Londonun zəngin məhəllələrindən olan Somali Road 34b ünvanındakı təmtəraqlı villada hüququ qeydiyyatdadır.
2015-ci ilin əvvəlində Nazım Əli adlı dostu və Britaniya vətəndaşı Zorab Əfəndi ilə birlikdə Britaniyada üçüncü şirkətini qeydiyyatdan keçirir. O bu dəfə özünü xalça ticarətində sınayır. ALNAZO LİMİTED ortaqların adlarının (ALiNAzimZOrab) birləşməsini ifadə edir.
Nazimin Londondakı 4-cü şirkəti – SYNTAXIS GROUP LIMITED 2016-cı ildə təsis olunub. Bu şirkət meyvə şirələrinin, mineral suların və sərinləşdirici içkilərin topdan satışı ilə məşğul olub, FHN şefi Kəmaləddin Heydərova aid “Jalə” biznesinin Londondakı bir qoludur.
ALNAZO LİMİTED-in qeydiyyatda olduğu London, Spenlow Apartments 24, Wenlock Road ünvanı Britaniya mənbələrində Nazim Xanlarovun qeydiyyat ünvanı kimi də göstərilir. Bu mənzil 2014-cü ildə 642 funt-sterlinqə alınıb, 2017-ci ildə kirayəyə verilib, ötən ilin iyulundan 825 min funt-sterlinqə yenidən satışa çıxarılıb.
Əlbəttə, Londonda kolluğa baş vurmaq hər oğulun işi deyil, Nazim atasının tikintidə təhlükəsizliyə görə cavabdehlik daşıdığı vəzifəsinin hesabına Britaniyada qurduğu şirkətlərlə tezliklə vidalaşmalı oldu.
Cəbrayıl Xanlarov vaxtilə Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib. Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib.
2015-ci ildə dövlət başçısının göstərişi ilə Cəbrayıl Xanlarovun Bilgəhdəki 3 mərtəbəli nəhəng villası sökülmüşdü. Amma agentlik rəhbəri həyat yoldaşının adına olan imarəti (564 kv.metr) sonradan yenidən tikdirdi.
Qəbələnin Bum kəndində 1 hektarlıq ərazidə sahəsinə görə sökülən imarətindən geri qalmayan daha bir villa (541.22 kv.m.) Nazimin adına ucaldıldı.
Nazim Xanlarovun 18 yaşında Bakıda qurduğu animasiya şirkəti – PROSPER CARTON STUDİO (https://www.prosper.az/) isə İngiltərə, Hollandiya və Belçikaya kimi fəaliyyətini genişləndirib. Ən maraqlısı reklam və multiplikasiya biznesində Nazimin şirkətinin 3 milyon funt-sterlinqlik (!) büdcəyə sahib olmasıdır.
Cəbrayıl Xanlarov sürtgü yağlarının, filtrlərin və soyuducu mayelərin Azərbaycana əsas idxalçılarından biridir, ölkədə onun övladlarına məxsus biznesin əsas özəyini servis və yağlama mərkəzləri təşkil edir.
Bakıdakı MAYSON CAR CLUB avto-servis şəbəkəsi (http://mayson.az) Cəbrayıl Xanlarovun oğluna məxsusdur, avtoklubun Bakı şəhərində 4 servis mərkəzi var.
📌 Nobel prospekti, (Köhnə Volvo servis)
📌 Yasamal ray, M.A.Şərifzadə 196 (Günəş petrolun yanı)
📌 Nəsimi ray, Xəqani 49 (Landmarkın arxası)
📌 Bakıxanov qəs, M.Fətəliyev (Arzu Şadlıq evinin yanı)
Digər avto-servis şəbəkəsi PYM Castrol (Peşəkər Yağlama Mərkəzi) adı altında fəaliyyət göstərir. Paytaxtın müxtəlif yerlərində 5 servis mərkəzi var.
✅PYM-1 Bakı şəhəri, M.Qaşqay 44 (inqilab).
✅PYM-2 Bakı şəhəri Şərifzadə 196 (Yasamal).
✅PYM-3 Gəncə şəhəri Ə.Mehmandarov 104/4.
✅PYM-4 Bakı şəhəri Z.Bünyadov 38 (Dərnəgül).
✅PYM -5. Bakı şəhəri, Ə Haqverdiyev 13 (İncəsənət Un-nin arxasi).
Cəbrayıl Xanlarovun oğlunun ingilis mətbuatına ağızdolusu danışdığı daha bir tamamilə fərqli biznes sahəsi xalçaçılıq bağlıdır. Söhbət Cəbrayıl Xanlarovun ailə biznesinə daxil olan “ZİLİ ART” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (https://www.ziliart.az/view.php?lang=en) eyniadlı xalça fabrikinin fəaliyyətini tənzimləyir.
4 il əvvəl təsis edilmiş MMC-nin qanuni təmsilçisi LAÇIN AĞAYEV ŞİRVAN OĞLU olsa da, şirkət Xanlarovlar ailəsinin üzvü olan Aydan Xanlarovaya məxsusdur.
Dövlət Agentliyinin rəhbəri özü isə hələ 2004-cü ildə təsis edilmiş “POLİ-TRANS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin qanuni təmsilçisidir.
Şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ƏLİ NƏZMİ, ev 62, m. 6 ünvanında hüquqi qeydiyyatdadır. Bu ünvanda Fövqəladə nallar naziri Kəmaləddin Heydərova məxsus “AZƏRİ STANDART” və “AZƏR KARQO” şirkətləri də hüquqi qeydiyyatdadır.
Cəbrayıl Xanlarovun oğlunun daha bir şirkəti – ANKER CREATIVE SOLUTIONS” Məhdud Masuliyyətli Cəmiyyətidir, şirkət marketinq və reklam bazarında fəaliyyət göstərir.
PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Quba icra başçısının adı 12 minlik məhkəmə işində...

Sonrakı yazı

“42 il Azərbaycanın qurtuluşu uğrunda çalışdı”

Sonrakı yazı
“42 il Azərbaycanın qurtuluşu uğrunda çalışdı”

“42 il Azərbaycanın qurtuluşu uğrunda çalışdı”

Oqtay Əsədovun daha bir villası aşkarlandı – FOTO

Oqtay Əsədovun daha bir villası aşkarlandı - FOTO

Zəngilanın İkinci Alıbəyli kəndindən VİDEOREPORTAJ

Zəngilanın İkinci Alıbəyli kəndindən VİDEOREPORTAJ

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

DYP Bakıda dəhşətli tıxacların səbəbini açıqladı

DYP Bakıda dəhşətli tıxacların səbəbini açıqladı

2021-03-02
“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

2021-03-02
Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

2021-03-02
Məktəbdə 8 Mart üçün pul yığılarsa… – Nazirlik

Məktəbdə 8 Mart üçün pul yığılarsa… – Nazirlik

2021-03-02
YAP-da növbədənkənar qurultay: “yarpaq tökümü” gözlənir

YAP-da növbədənkənar qurultay: “yarpaq tökümü” gözlənir

2021-03-02
Deputat Operativ Qərargaha üsyan etdi – Bu mifik qurumda…

Deputat Operativ Qərargaha üsyan etdi – Bu mifik qurumda…

2021-03-02
Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

“Biri ayağı dabanlı, biri dabansız geyinərsən” – Bərdə xəstəxanasında rəzalət

2021-03-02
Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

2021-03-02
Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

Vilayət Eyvazov daha bir polis zabitini Qubadan Suraxanıya gətirdi

2021-03-02
Ərdoğan Azərbaycanla Türkiyə arasında daha bir vacib sənədi TƏSDİQLƏDİ

Ərdoğan Azərbaycanla Türkiyə arasında daha bir vacib sənədi TƏSDİQLƏDİ

2021-03-02
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək

Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək

2021-03-02
“Azərsu” mişar daşını hansı şirkətdən alır? – Tender oyunu ilə bağlı daha bir fakt

“Azərsu” mişar daşını hansı şirkətdən alır? – Tender oyunu ilə bağlı daha bir fakt

2021-03-02
“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 

“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 

2021-03-02
Əfqan Nağıyevin qardaşı haqda yenidən cinayət işi başlandı

Əfqan Nağıyevin qardaşı haqda yenidən cinayət işi başlandı

2021-03-02
YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq

YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq

2021-03-02
Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

2021-03-01
Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

2021-03-01
Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

2021-03-01
Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

2021-03-01
“Elşaddan sonra məhv oldum” – Oksana

“Elşaddan sonra məhv oldum” – Oksana

2021-03-01

Seçmə

  • Bütün
  • SEÇMƏ
Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”
SEÇMƏ

Anar: “Qurultay pandemiyadan sonra keçiriləcək”

2021-03-02
Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video
SEÇMƏ

Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video

2021-03-02
“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 
SEÇMƏ

“Türkiyən xüsusi qüvvələrinin İrəvanda yerləşdirilməsi…” 

2021-03-02
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ
SEÇMƏ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu
SEÇMƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

2021-03-01
“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş
Araşdırma

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

2021-03-01
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

DYP Bakıda dəhşətli tıxacların səbəbini açıqladı

DYP Bakıda dəhşətli tıxacların səbəbini açıqladı

2021-03-02
“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

“Kapitalbank” 3 milyonu necə çıxarıb? – Yaşat Fondu bəhanəsi…

2021-03-02
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.