05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Firuz Abdulla: “AFFA heç kimlə müharibə aparmır”

31 Avqust 2019, 11:58
İdman
A A
Firuz Abdulla: “AFFA heç kimlə müharibə aparmır”
Klubların, idman federasiyalarının mətbuat xidmətlərinin idman jurnalistikası ilə bağlı fikirlərini işıqlandırmaqda davam edirik. 
Bu dəfə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sport.az-a müsahibəsində idman mətbuatının bugünkü vəziyyəti və bır sıra maraqlı məqamlar barədə danışıb.
– Ənənəvi olaraq sualımız odu ki, Firuz Abdulla özü idman mətbuatının bugünkü vəziyyətini necə qiymətləndirir?
– Məndən əvvəl danışan həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Ancaq düşünürəm ki, idman mətbuatının bugünkü vəziyyətinə idman mətbuatında çalışan insanların özlərinin qiymət verməsi yaxşı olar. Ən azı ona görə ki, bizim olduğumuz mövqedən baxanda mətbuat tam fərqli görünə bilər, idman mətbuatının içindən baxanda isə görüntü tam başqa ola bilər. Nəzərə alsaq ki, mən də vaxtı ilə mətbu orqanlarda çalışmışam, təcrübə onu göstərir ki, müxtəlif yerlərdən baxanda eyni hadisəyə münasibət fərqli ola bilər.
– Bəs AFFA-dan idman mətbuatı necə görünür? 
– Maraqlı məqamlardan onu qeyd edə bilərəm ki, futbol ölkədə idman jurnalistikasında ən çox müzakirə olunan idman növlərindən biridir. Hətta deyərdim ki, birincisidi. Ümumilikdə kifayət qədər peşəkar jurnalistlərinin çalışdığı bir sahədir. Təbii ki, təsadüfi adamlar da var, bu da qaçınılmazdı. Müxtəlif səbəbləri var ki, bununla bağlı bir müsahibədə danışmaq da kifayət etməz. Ona görə də çox təfərrüatına varmaq istəmirəm. İdman jurnalistlərinin çəkdiyi əziyyətlər də göz önündədir. Stadionlarda, turnirlərdə istənilər hava şəraitində, günün istənilən zamanında əziyyət çəkib çalışırlar. Müsbət və mənfi məqamlar var. Ancaq hansı məqamın daha çox olduğunu mən qeyd etmək istəməzdim. Jurnalistlər özləri qiymət versələr, daha yaxşı olar.
– Özünüz də indiki vəzifənizəə idman jurnalistikasından gəlmisiniz. O dövrlə hazırki vəziyyəti müqayisə edə bilərsiniz?
– Birinci onu deyim ki, istənilən müqayisə qüsurludur. Zaman da fərqlidir. Təxminən 15-16 il zaman kəsiyindən söhbət gedir. O vaxtı əsas yük qəzet jurnalistikası üzərində idi, indi isə “online” jurnalistika. Xüsusilə də həyatımıza sosial şəbəkələrin daxil olması ilə jurnalistikada da çox fərqli tendebsiyalar müşahidə olunur. Ona görə də birbaşa bunun müqayisəsinin əleyhinəyəm. Müqayisə etmək çox çətindi.
– Son vaxtlar millinin səfər oyunlarıyla bağlı narazılıqlar aktualdı. “Sport7.az”ın da daxil olduğu böyük bir qrup millinin səfər oyunlarına aparılmır, hər dəfə eyni adlar AFFA-dan dəvət alır. Bu o demək deyil ki, AFFA özünə dost saytlar seçib? 
– Hesab  edirəm ki, millinin səfər oyunları ilə bağlı məsələ inzibati məsələdir. Düşünürəm ki, oxucu, mətbu orqan müstəvisində müzakirə olunacaq məsələ deyil. Ona görə də müsahibələrdə belə suallara cavab vermirəm.
– Firuz Abdulla Mikayıl Nərimanoğlunu əvəzləyərkən Elxan Məmmədov demişdi ki, Firuz Abdulla yeni konsepsiya təqdim edəcək. Həmin konsepsiya təqdim olunubmu? Ümumiyyətlə, Mikay Nərimanoğlunun vaxtından hansı fərqliliklər var? 
– Mikayıl Nərimanoğlu AFFA-da fəaliyyət göstərdiyi vaxtda da mən orada çalışmışam. Fərqi mətbuat nümayəndələri qeyd etsələr daha münasib olar.
– Milliyə ictiamiyyət arasında soyuqluq yaranıb, azarkeşlər sanki millidən üz döndəriblər… Bu fikirlər razılaşırsınızmı?
– Razılaşmıram. Ona görə ki, üz döndərmək çox sərt ifadədi. Azarkeşlər ən azından millinin oyununda stadionlara gəlməlidir. Stadiondan da, televizor önündən də oyunu izləyən kifayət qədər azarkeş olur. Nəticələr normal deyil və azarkeşin bundan küskün olması təbiidir.
–  Baş məşqçi, futolçu seçimi, uğursuz oyunlar və s. tənqidlərə səbəbə olur. Bu işdə AFFA-nın məsuliyyət payı nə qədərdi? 
–  Məşqçi bir nəfər tərəfindən təyin olunmur. Yəni, bu qərar AFFA-da bir nəfərin iradəsindən asılı məsələ deyil. Azərbaycan milli komandasının və digər yaş qruplarında olan komandalara baş məşqçini İcraiyyə Komitəsi təyin edir. Və təyinat olduqdan sonra heç kimin əvvəlcədən zəmanəti olmur ki, baş məşqçi yaxşı nəticə verəcək. Qrupdakı rəqiblərimiz də bəllidi, zəif komandalara qarşı mübarizə aparmırıq. Təbii ki, ardıcıl iki oyunda məğlubiyyət azarkeşləri çox məyus edib. Burada təəccüblü heç nə yoxdu, normal qəbul edirik. İki məğlubiyyət və qapımıza çox qol vurulması azarkeşdə təəssüf də yaradır, müəyyən qədər hiddət də yaradır. Amma ümumilikdə, burada AFFA-nın məsuliyyəti dedikdə… Bəlkə də kobud səslənə bilər, ama istənilən halda meydanda futbolu futbolçular oynayır.
– Son zamanlar AFFA ilə mətbuat arasında biraz soyuqluq yaranıb. Gələcəkdə AFFA – idman mətbuatı əlaqələrinin daha da yaxşılaşdırılması üçün hansı fikirləriniz var?
– Düşünmürəm ki, AFFA ilə bütövlükdə mətbuat arasında soyuq müharibə gedir. Ancaq bəzi mətbu orqanlar özlərini AFFA-ya düşmən görürsə, AFFA ilə müharibə aparmağı düşünürsə, biz onların fikirlərini dəyişə bilmərik. Bu onların yanaşmasıdır. AFFA olaraq bizim heç bir mətbu orqana düşmən münasibətimiz yoxdu, heç kimlə müharibə aparmırıq, kifayət qədər normal münasibətdə olduğumuz mətbu orqanlar da var. İndiyə kimi heç bir mətbu orqan AFFA-ya ünvanladığı sualın cavabsız qalması ilə bağlı iddia ilə çıxış edə bilməz, desə də bunu sübut edə bilməz. Biz istənilən mətbu orqanın suallarını cavablandırmışıq.
Əvvəlki yazı

Azərbaycanlı villasını 17 milyona satışa çıxardı (FOTOLAR

Sonrakı yazı

Şou-əhlinin İnstaqram macərası

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.