Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

Fiasko olan xarici səfərlər, Paşinyana Qarabağ “dərsi”

2019-02-04
in Manşet
0
Fiasko olan xarici səfərlər, Paşinyana Qarabağ “dərsi”
0
Paylaşılıb
78
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Erməni baş nazirin “iki stul” siyasəti, sülhlə bağlı ziddiyyətli mövqeyi və söz oyunu işğalçı ölkəyə Qərbin sərmayələrini yox, yeni təlatümlər vəd edir; politoloq: “O, öz inqilabının qurbanına çevrilə bilər…” 

Ötən həftəsonu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya səfər edib. Qərbyönlü erməni KİV-lərin bu səfərin əhəmiyyətini şişirtməsinə və ona məxsusi rəng verməsinə rəğmən, fakt budur ki, Nikol dünyanın üçüncü iqtisadi nəhəngi sayılan bu Avropa ölkəsindən də əliboş qayıdası olub.

Bəlli ki, Ermənistan rəhbərinin əsas hədəfi bacardıqca işğalçı ölkəyə Qərb sərmayəsini və iş adamlarını cəlb eləmək, çoxlu iş yerləri açmaq, əhalinin güzəranını yaxşılaşdırmaq və nəticə etibarilə ölkədən böyük köçü səngitməkdir. Yəni Dağlıq Qarabağ problemi, erməni təcavüzü faktı sanki yoxmuş kimi, Avropa Birliyi və ABŞ üçün Ermənistanın investisiya cəlbediciliyinə nail olmaqdır.

Bənzər Yazılar

İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində

İki icra başçısının başı “kötük”də: Abşeron və Nəsimidə təşviş…

Vilayət Eyvazov sabiq polis rəisinə yeni vəzifə verdi

Lakin Paşinyan 9 aydır bu yöndə ciddi nəticəyə nail ola bilmir. Hətta heç Qərbdəki varlı erməni iş adamları da buna həvəs göstərmirlər. Onların da, Qərbin də Paşinyan iqtidarı qarşısında tək şərti Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşmasıdır. Bu isə Qarabağ məsələsində müsbətə doğru real dönüş olmadan, iki əsas qonşu – Azərbaycan və Türkiyə ilə Ermənistan dil tapmadan mümkünsüzdür.

*****

ABŞ, Avropa rəsmiləri bu şərti artıq açıq şəkildə bəyan eləməyə başlayıblar. Prezident Donald Trampın Nikol Paşinyana təbrik məktubunda da bu tezis “qırmızı xətt” kimi keçib. Paşinyan isə Rusiyaya sədaqət andı içməkdə, paralel surətdə Qərbi maliyyə köməyi göstərməməkdə qınamaqdadır.

“Ermənistan alman kapitalının cəlb edilməsi ilə bir sıra proqramlar həyata keçirilməkdədir. Biz ümid edirik ki, Ermənistana Almaniya sərmayələrinin həcmi mütləq artacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Paşinyan Almaniya kansleri Angela Merkellə Berlində keçirilən mətbuat konfransında deyib. Məlumatlara görə, görüş zamanı tərəflər regional və beynəlxalq gündəliyin əsas mövzularına, o cümlədən Qarabağ məsələsinə də toxunublar.

Lakin Merkel “demokratik Ermənistan”a böyük alman sərmayələri ilə bağlı Paşinyana heç bir vəd verməyib. Məsələ də ondadır ki, Qarabağ, işğal problemləri aradan qalxmayınca Ermənistanın Qərbə yolu bağlı qalacaq. Paşinyan üçün Almaniya səfərinin əsas dərsi budur. Kansler Merkel bir daha Dağlıq Qarabağ məsələsini “açar problem” kimi onun diqqətinə çatdırıb. O da aydındır ki, Rusiyanın qapazaltısı olan, əsas qonşuları ilə sərhədləri bağlı və dünya okeanına çıxışdan məhrum Ermənistana heç bir aparıcı Avropa ölkəsi, ABŞ böyük yatırımlar qoymayacaq. 

merkel paşinyan ile ilgili görsel sonucu

Xatırladaq ki, Almaniyadan az əvvəl Paşinyan Rusiyada səfərdə olmuşdu. Lakin prezident Vladimir Putin onu qəbul eləməmişdi. Kremlin ondan narazılığının motivi məlumdur. Rusiya lideri Ermənistanın yeni qərbpərəst rəhbərliyinə, “iki stul” siyasəti aparan Nikol Paşinyana ürək qızdırmır, inanmır. Hərçənd Kreml başçısı onunla işləmək zorundadır.

Moskva indi əlindəki ən müxtəlif rıçaqlar (Ermənistana satılan təbii qazın qiyməti və Rusiyadakı erməni əmək miqrantları məsələsi manipulyasiya, Moskvaya sadiq Qarabağ klanından təzyiq kimi istifadə və s.), habelə şirnikləndirici üsullarla (yeni silah vədi), qısası, “qamçı və kökə” taktikası hesabına Paşinyanın cilovunu əlinə yığmağa çalışır. Lakin müşahidələr göstərir ki, Moskva hələ ki Paşinyanla bağlı son sözünü deməyib. Yəqin ki, qarşıdakı aylar bu xüsusda kulminasiya dövrü kimi yadda qalacaq.

*****

İlgili resim

Ermənistan baş naziri bu ay İrana da səfərə gedəcək. Bu barədə Paşinyanın özü Almaniyadakı erməni icması ilə görüşündə bildirib. İran bu ilk səfər fevralın 27-ə nəzərdə tutulur və təbii ki, ABŞ-ı qızdıracaq.

Onsuz da blokada şəraitində olan kasıb Ermənistan İran üçün iqtisadi-ticari baxımdan elə mühüm önəm daşımır. Bu və digər səbəbdən həmin səfərin də Ermənistan üçün pozitiv nəticələr və perspektiv baxımdan fiasko olacağı şübhə doğurmur. Onu da unutmaq olmaz ki, Rusiya və İranı ABŞ-a münasibətdə nə qədər ortaq maraq birləşdirsə də, onlar regional rəqiblərdir. Bundan başqa, İran qazı Rusiya qazına real alternativ qismindədir.

Əlbəttə, Paşinan çox istərdi ki, işğal problemi, Qarabağ məsələsi çözülmədən Ermənistanın Türkiyə ilə də rəsmi əlaqələri olsun, sərhədlər açılsın və hətta o, qardaş ölkəyə də səfər eləsin. Ancaq rəsmi Ankara artıq onun cavablını verib: öncə Azərbaycan torpaqlarını boşalt!

*****

merkel paşinyan ile ilgili görsel sonucu

“Əslində Paşinyan üçün iki seçim var: ya təcrid siyasəti davam etdiriləcək və növbəti dəfə o, özü inqilabların qurbanı olacaq. Ya da münaqişənin həlli istiqamətində konkret addımlar atacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib.

Politoloq hesab edir ki, Paşinyan hazırda ciddi təzyiq altındadır. “Bu, açıq-aşkar görünür. Əvvəla, ölkə daxilindəki Qarabağ klanı istənilən açıqlamadan istifadə edərək, ona qarşı ittihamlar səsləndirir. İkincisi, bütövlükdə Ermənistan cəmiyyətinin sosial-iqtisadi durumu elə vəziyyətdədir ki, istənilən hadisə ilə bağlı qığılcım növbəti katakilizmlərin baş verməsinə gətirib çıxara bilər. Önəmli faktorlardan biri isə Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin qlobal müstəvidə əsas şərtlərdən biri kimi ortaya qoyulmasıdır. Yəni Paşinyan istəsə də, danışıqlar prosesindən geri qaça bilməz. Paşinyanın beynəlxalq müstəvidə inteqrasiya və ölkəyə investisiya cəlb etməsinin yolu da məhz onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirəcəyi mövqedən asılıdır”, – deyə təhlilçi qeyd edib.

Onun sözlərinə görə, əgər Ermənistan Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutarsa, o zaman Ermənistana müəyyən investisiyaların cəlb edilməsi mümkün olacaq: “Eyni yanaşma ATƏT-in həmsədri olan ölkələr tərəfindən ortaya qoyulub. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan prezidentinə telefonla zəngində də biz prioritet istiqamət kimi təhlükəsizlik məsələləri kontekstində Qarabağ konfliktinin həllinin ortada müzakirə mövzusu olduğunun şahidi olduq. Eləcə də ötən il Donald Trampın İlham Əliyevə ünvanladığı məktubların ikisində də Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın zamanlarda ciddi prioritetlərin açılacağının vurğulanması əslində prosesin öncədən elan olunduğunu ortaya qoyur”.

karabakh osce ile ilgili görsel sonucu

Analitikin qənaətincə, Qarabağ ixtilafının həlli hazırda Ermənistan üçün ölüm-dirim məsələsidir. “Çünki əvvəllər bu məsələ Ermənistanın qarşısında yalnız Azərbaycan və Azərbaycanla müttəfiq ölkələr kontekstində qoyulurdusa, indi artıq beynəlxalq müstəvidə Ermənistandan tələb olunur. Şübhəsiz ki, Paşinyan konfliktin həllinə cəhd göstərməzsə, o zaman müharibənin başlama ehtimalı çox böyükdür. Əgər müharibə başlayacaqsa, Azərbaycan öz hüquqlarından istifadə edərək, ərazilərinin bərpası istiqamətində addım atacaqsa, bu, qısa müddətdə həm də Paşinyanın siyasi hakimiyyətdən getməsinə səbəb olacaq. Yəni bu gün bölgədəki regional və qlobal proseslər Ermənistanın əleyhinədir. Bu baxımdan ənənəvi qaydada Paşinyan Ermənistanda bir bəyanat, başqa bir ölkədə başqa bəyanatlar səsləndirir. O, bununla diqqəti əslində danışıqlar prosesinin mahiyyətindən yayındırmağa çalışır”, – deyə politoloq əlavə edib.

*****

Ancaq İrəvanın “iki stul” siyasəti, habelə sülhlə bağlı, Qarabağla bağlı söz oyunu uzun sürə bilməz. Çünki hazırkı qeyri-müəyyənliyin bitməsini hər şeydən öncə mövcud şərtlər, həmçinin Ermənistanın davam edən ağır sosial-iqtisadi durumu və bir də Paşinyanın öz xalqına verdiyi vədlər diktə edir…

“Yeni Müsavat”ın analitik xidməti

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib

Sonrakı yazı

“Lady Sharm”ın sahibləri xaricdən qayıtmaq istəmirlər - saxta mallar satılması məsələsi böyüyür

Sonrakı yazı
“Lady Sharm”ın sahibləri xaricdən qayıtmaq istəmirlər – saxta mallar satılması məsələsi böyüyür

“Lady Sharm”ın sahibləri xaricdən qayıtmaq istəmirlər - saxta mallar satılması məsələsi böyüyür

Dövlət uşaqları zəhərləyən qidalarla bağlı hərəkətə keçdi – Bakıda yoxlamalar başlayır

Dövlət uşaqları zəhərləyən qidalarla bağlı hərəkətə keçdi - Bakıda yoxlamalar başlayır

Nazirdən yeni təyinatlar

Nazirdən yeni təyinatlar

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

2021-03-01
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur

Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur

2021-03-01
Afaq Bəşirqızının səhhəti pisləşdi

Afaq Bəşirqızının səhhəti pisləşdi

2021-03-01
3 yaşlı qız 12-ci mərtəbədən kuryerin qucağına düşdü

3 yaşlı qız 12-ci mərtəbədən kuryerin qucağına düşdü

2021-03-01
İcra başçısının bacısı oğlunun vəkili jurnalistlərin məhkəmədə iştirakına etiraz etdi

İcra başçısının bacısı oğlunun vəkili jurnalistlərin məhkəmədə iştirakına etiraz etdi

2021-03-01
İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

2021-03-01
Minaatan batareyaların döyüş atışlı təlimlərindən görüntülər (VİDEO)

Minaatan batareyaların döyüş atışlı təlimlərindən görüntülər (VİDEO)

2021-03-01
“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

2021-03-01
Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

2021-03-01
Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

2021-03-01
Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

2021-03-01
İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə

İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə

2021-03-01
“Borcun içində batırlar“ – Tanınmış aparıcı

“Borcun içində batırlar“ – Tanınmış aparıcı

2021-03-01
Şuşada çəkilən fotonun müəllifi o imiş…

Şuşada çəkilən fotonun müəllifi o imiş…

2021-03-01
“Manaf Ağayev banka olan borcumu ödəməyib“ – Günel Ələkbərova

“Manaf Ağayev banka olan borcumu ödəməyib“ – Günel Ələkbərova

2021-03-01
İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində

İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində

2021-03-01
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

2021-03-01
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi – 2 nəfər qatılmadı

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi – 2 nəfər qatılmadı

2021-03-01
İki icra başçısının başı “kötük”də: Abşeron və Nəsimidə təşviş…

İki icra başçısının başı “kötük”də: Abşeron və Nəsimidə təşviş…

2021-03-01

Seçmə

  • Bütün
  • SEÇMƏ
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ
SEÇMƏ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu
SEÇMƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

2021-03-01
“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş
Araşdırma

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

2021-03-01
Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı
SEÇMƏ

Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı

2021-03-01
Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?
SEÇMƏ

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

2021-03-01
Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj
Cəmiyyət

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

2021-02-28
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

2021-03-01
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.