06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fazil Mustafa: “Bu il siyasi motivlə həbsdə heç kim qalmamalıdır”

26 Fevral 2018, 08:21
Cəmiyyət
A A
Fazil Mustafa: “Bu il siyasi motivlə həbsdə heç kim qalmamalıdır”

Əliməmməd Nuriyev: “Nə qədər ki, müəyyən dairələr var, bu məsələ bağlanmayacaq”

“Bu yaxınlarda böyük bir əfv sərəncamı olacağı gözlənilir”. Qeyd edək ki, ölkə vətəndaşlarının ümidlə gözlədiyi bu açıqlamanı parlamentin son iclasında spiker Oqtay Əsədov bildirib. Spiker onu da əlavə edib ki, əfv sərəncamını imzalamaq cənab prezidentin müstəsna hüququdur: “Amma Əfv komissiyası gərgin işləyir”.

Xatırladaq ki, 2018-ci il Azərbaycanda “Xalq Cümhuriyyəti İli” elan olunub. Maraqlıdır, Cümhuriyyət ilində siyasi məhbus mövzusu bağlana, əfv olunanların siyahısı siyasi məhbus sayılanlara da şamil oluna bilərmi?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışdı: “Prinsip etibarı ilə əfvin Novruz Bayramında, Amnistiya aktının isə Cümhuriyyətin 100 illiyi ilə bağlı olacağı gözlənilir. Əslində belə də olmalıdır. Lakin təbii ki, burada beynəlxalq təşkilatlarda bu və ya digər adlarla tanınan, o cümlədən siyasi, vicdan və müxtəlif adlarla, haqlı-haqsız sayılan şəxslərin azadlığa çıxması lazımdır. Yəni o baxımdan ki, ölkəyə bu adlarla təzyiqlərin göstərilməsinin bir mənası yoxdur. Sanki hakimiyyətdə oturub düşünürlər ki, o adamları məqsədyönlü məşhurlaşdıraq. Elə adamlar var ki, məhbəsdən çıxdıqdan sonra varlıqları bilinmir. Onların cəmiyyətə verdiyi söz, mesajlardan əsər-əlamət qalmır. Amma həbsxanalarda həmin insanlar böyük hay-küy, çığır bağır salaraq obraz yaradırlar. Bütün bunlardan qurtulmaq lazımdır, süni şəkildə onları şişirtməyin nə mənası var? Qoy buraxılsınlar, azadlıqda öz fikirlərini bildirsinlər. Bu baxımdan düşünürəm ki, bu addım atılmalı, qəti şəkildə bu motivlə həbsdə heç kim qalmamalıdır. Bununla da məsələnin normal hüquqi məcrada çözülməsi, problemlərin həll olunması cəmiyyətdə həm də vətəndaş uzlaşmasına, həmrəyliyinə  fayda verə bilər”.

Fazil Mustafa məsələnin çözülmə ehtimalının böyük olduğunu dedi: “Artıq prezident seçkiləri də başlayıb. Düşünürəm ki, həm reytinq, həm də cəmiyyətin də məsəldə anlayışı baxımından yerində olan addım olardı”.

İlgili resim

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevin sözlərinə görə isə, siyasi məhbus anlayışının bağlanmasından söhbət belə gedə bilməz: “Nə qədər ki, müəyyən dairələr, yəni istər Qərbdə, istərsə də Azərbaycanda onların yandaşları var, siyasi məhbus anlayışının bağlanmasından söhbət belə getməyəcək. Hər dəfə onlar yeni bəhanələrlə yeni-yeni şəxsləri bu adla adlandırmağa cəhd edəcəklər. Müəyyən dairələr, şəxslər bunsuz yaşaya bilməz. Çünki bu, onların maddi gəlir mənbəyi, eyni zamanda siyasi təzyiq alətidir”.

Mövzu ilə bağlı artıq 5 ildir həbsdə olan, REAL Hərəkatının lideri İlqar Məmmədovun xanımı Vəfa Məmmədovanın də rəyini öyrəndik. V.Məmmədova böyük əfvə ümid etmədiyini dedi: “Deyilənə görə, mart ayında genişmiqyaslı əfv olacaq. Lakin İlqar Məmmədovun bu əfvə düşəcəyi ilə bağlı ümidimiz yoxdur. Əgər o, əfv olunsaydı 5 il ərzində bu baş verərdi. Lakin biz bunu görmədik və bundan sonra da baş verəcəyinə ümid etmirik. Prezident seçkilərindən sonra amnistiya olacağı da deyilib. Bəlkə də İlqar amnistiyaya düşə bilər. Bildiyiniz kimi, o, əfvlə bağlı ərizə yazmır. Ola bilər ki, bəlkə də amnistiyada əfv olunar. Lakin qeyd etdiyimiz kimi, elə böyük ümidimiz yoxdur”.

Xalidə GƏRAY,
Musavat.com

Əvvəlki yazı

Bu gün Xocalı soyqırımının 26-cı ildönümüdür –68 qadın və 26 uşağın taleyi hələ də məlum deyil

Sonrakı yazı

İlham Rəhimovun ledisi deputatlıq peşində: MÜĞƏNNİ RUHİ QƏNİRƏ PAŞAYEVA İLƏ RƏQİB OLACAQ

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.