• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Cümə axşamı, 28 Yanvar 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Gündəm

Fazil Məmmədovun “topdağıtmaz” biznes imperiyası: nələri var, nələri…

2018-11-12
in Gündəm
0
Fazil Məmmədovun “topdağıtmaz” biznes imperiyası: nələri var, nələri…
6
Paylaşılıb
8
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Türkiyədə “müalicəsi bitməyən” sabiq nazir məhşər ayağına çəkilə, əmlakları isə “milliləşə” bilər…

Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədovun Gəncədəki obyektlərində təftiş başlayıb.  Ona məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. İddia olunur ki, F.Məmmədov vəzifədə olarkən, ona məxsus xəstəxanada külli-miqdarda vergidən yayınmasına yol verilib.

Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında qərarlaşan F.Məmmədovun böyük biznes imperiyası var. Yəni yoxlamalar onun hələ əyalətdəki “xırda” hesab olunan obyektlərindən başlayıb. F.Məmmədovun obyektlərində işdən çıxarılandan 11 ay sonra yoxlamalar başlaması təsadüfi sayılmır.  17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov həmin dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə  xəbərlər var. Ümumilikdə isə sabiq nazirin 15 milyarda yaxın vəsaiti qamarladığı xəbərləri yayılıb və bu günə qədər təkzib olunmayıb.

Bənzər Yazılar

Sülhməramlılar cinayətkarı himayə edir – Fəzail Ağamalı

Zatulin, Milonov hay tüpürcəyini haqq edirlər – Deputat

“Tağı Əhmədov da insandır, daş deyil” – Xanımı

Vəzifədən çıxarılandan sonra səhhəti qəfil pisləşən nazirin əvvəlcə özünün Gəncədəki xəstəxanasında, ardından isə Türkiyədə müalicə olunması xəbərləri yayıldı. Yayılan son xəbərlərdə isə nazirin xəstəliyinin “son dərəcə şişirdildiyi” qeyd olunur. Fazil Məmmədovun “səhhəti ağırdır” xəbərlərini məqsədli yaymaqla nazir vəzifəsində çalışdığı 17 ildə ələ keçirdiyi sərvətləri qorumağa çalışır.

Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var. Təsadüfi deyil ki, Fazil Məmmədovun fəaliyyətini ucqarlardan – onun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir və Gədəbəydə araşdırmağa başlayıblar. İlkin yoxlamalarla müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirlib.

Fazil MÉmmÉdov ile ilgili görsel sonucu

Sovet dövründə inşa olunan, 2010-cu ildə əsaslı təmir olunmuş stadion bir gecənin içində rayon sakinlərinin üzünə qapadılıb. Sonrakı müddətdə isə Fazil Məmmədovun kadrı olan keçmiş icra başçısı Ramiz Yediyarovun rəhbərliyi ilə stadionun meydançası darmadağın edilib. Stadiona 2010-cu ildə dövlət büdcəsindən ayrılan milyonlar da hədər gedib. Böyük pul kütlələrinin büdcədən yayındırılaraq ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun da adı keçir. Fazil Məmmədov Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır.

Kiyevdəki  “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur.  Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır.

Fazil MÉmmÉdovun mülklÉri ile ilgili görsel sonucu

Azərbaycanda vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun kurasiyasında idi. Rayonda Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzi, “Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı. Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılmışdı. Məlum olmuşdu ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri özgəninkiləşdirməklə əlindən çıxarılmasını önləmək istəyir. Onun Şəmkirdəki mal-mülkü isə bir deyil, iki deyil. Şəmkirin girişindəki “Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, rayonun Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirin olub.

âÅÉmkir sÉbÉtiâ ile ilgili görsel sonucu

Sabirkəndə yan-yana 200-ə yaxın istixanada Fazil Məmmədovun adamları əsasən “kitayski roza” əkdirir və xaricə daşıtdıraraq satdırırdılar. Bakıda  “kitayski roza”nın ən ucuzu 2 manatdır. Keçmiş nazir “Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun olub. Adı “Zəyəmkəndmaş”a dəyişdirlən zavodda Fazil Məmmədovun istixanaları üçün metal konstruksiyalar hazırlanıb. Nazirə məxsus olduğu bildirilən daha bir obyekt – “Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi” də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb və eks-nazirin əmisi oğlu Kamal Məmmədovun adına rəsmiləşdirilərək işlədilib.

Fazil  Məmmədovun nazirliyi dövründə Şəmkir görkəmini dəyişib, müasirləşib. Amma görülən işlər rayonun bir çox sakinlərinə, xırda biznesmenlərə badalaq vurulması ilə nəticələnib. Torpaqları əllərindən alınıb, obyektləri, evləri sökülüb. Kompensasiya kimi isə qəpik-quruş ödənilib, etirazları qulaqardı olunub. Şəmkirə böyük paralar yatırdığından o, son illərə qədər bura kənar maliyyənin daxil olmasına da imkan verməyib. Qonşu  Gədəbəy rayonu ilə Şəmkir arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazisi də sabiq nazirin aktivinə yazılır. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Günlərin birində isə Fazil Məmmədovun yolu bu ərazilərə düşüb və meşə massivi də Fazil Məmmədovun “ölçüsüz corab”a çevirilmiş biznesinin bir parçasına çevrilib. Meşə massivini mənimsənilməsi daha çox narazılıqlara səbəb olsa da, bu, Fazil Məmmədova ərazidə imarət və ətrafında çoxsaylı villalar tikdirməyə mane olmayıb.  Beləcə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyekti kimi fəaliyyətdə olub.  Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə “Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib.

Bu cür “xortumlama” sayəsində Fazil Məmmədov uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olub. Özü zənginləşib, dövlət büdcəsinə isə milyardlarla manat vergilər çatmayıb! İndi isə 1 ilə yaxındır ki, Fazil Məmmədov nazir deyil və onun üçün cavab vermək zamanı çatıb…

E.HÜSEYNOV,
“Yeni Müsavat”

Paylaş6TweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Ermənistanın sabiq müdafiə naziri Bakıya iki dəfə zəng edib

Sonrakı yazı

Azərbaycanda Konstitusiya Günüdür

Sonrakı yazı
Azərbaycanda Konstitusiya Günüdür

Azərbaycanda Konstitusiya Günüdür

RUSİYAYA CASUSLUQ İTTİHAMIYLA DAHA BİR QALMAQALLI HƏBS –Avstriya ordusunun polkovniki ilə bağlı məsələ böyüyür

RUSİYAYA CASUSLUQ İTTİHAMIYLA DAHA BİR QALMAQALLI HƏBS –Avstriya ordusunun polkovniki ilə bağlı məsələ böyüyür

Zamirə Hacıyevadan sonra London Ziya Məmmədovun oğluna girişəcək

Zamirə Hacıyevadan sonra London Ziya Məmmədovun oğluna girişəcək

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Füzulinin daha bir kəndindən videogörüntülər

Füzulinin daha bir kəndindən videogörüntülər

2021-01-27
Prezident QHT-lərlə bağlı fərman imzaladı

Prezident QHT-lərlə bağlı fərman imzaladı

2021-01-27
Sülhməramlılar cinayətkarı himayə edir – Fəzail Ağamalı

Sülhməramlılar cinayətkarı himayə edir – Fəzail Ağamalı

2021-01-27
Zərif Ayvazyanla görüşdü – İrəvanda…

Zərif Ayvazyanla görüşdü – İrəvanda…

2021-01-27
Prezident Şuşaya nümayəndəsini təyin etdi

Prezident Şuşaya nümayəndəsini təyin etdi

2021-01-27
Zatulin, Milonov hay tüpürcəyini haqq edirlər – Deputat

Zatulin, Milonov hay tüpürcəyini haqq edirlər – Deputat

2021-01-27
Bankir Şərurlu İsfəndiyara 10 milyon “atıb”

Bankir Şərurlu İsfəndiyara 10 milyon “atıb”

2021-01-27
20 milyonluq villası olan nazir şəhidləri bataqlığa gömüb – Video

20 milyonluq villası olan nazir şəhidləri bataqlığa gömüb – Video

2021-01-27
“Tağı Əhmədov da insandır, daş deyil” – Xanımı

“Tağı Əhmədov da insandır, daş deyil” – Xanımı

2021-01-27
Natiq Cəfərli: “Novruzda siyasi məhbus problemi tam həllini tapa bilər”

Natiq Cəfərli: “Novruzda siyasi məhbus problemi tam həllini tapa bilər”

2021-01-27
MN Göyərçinveysəllinin görüntülərini yaydı – Video

MN Göyərçinveysəllinin görüntülərini yaydı – Video

2021-01-27
Apreldə sərt karantin yenidən tətbiq ediləcək? (AÇIQLAMA)

Apreldə sərt karantin yenidən tətbiq ediləcək? (AÇIQLAMA)

2021-01-27
Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

2021-01-27
Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? (SİYAHI)

Prezidentin İşlər İdarəsinə hansı əmlaklar və təşkilatlar tabedir? (SİYAHI)

2021-01-26
Bu dəfə Binəqədidə qadın özünü binadan atdı

Bu dəfə Binəqədidə qadın özünü binadan atdı

2021-01-26
Qubadlının daha bir kəndindən – Video

Qubadlının daha bir kəndindən – Video

2021-01-26
Azərbaycanda koronavirusa yoluxma yenidən 300-ü ötdü

Azərbaycanda koronavirusa yoluxma yenidən 300-ü ötdü

2021-01-26
Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi

Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi

2021-01-26
Partiyaların qeydiyyatının ləğvi xəbəri ironikdir… – Partiya sədri

Partiyaların qeydiyyatının ləğvi xəbəri ironikdir… – Partiya sədri

2021-01-26
Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi

Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi

2021-01-26

Seçmə

  • Bütün
  • SEÇMƏ
Füzulinin daha bir kəndindən videogörüntülər
SEÇMƏ

Füzulinin daha bir kəndindən videogörüntülər

2021-01-27
Qubadlının daha bir kəndindən – Video
Manşet

Qubadlının daha bir kəndindən – Video

2021-01-26
Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi
SEÇMƏ

Aztelekom” 635 min manatlıq tenderi 10 manatlıq şirkətə verdi

2021-01-26
Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi
SEÇMƏ

Prezident Oqtay Şahbazovu işdən çıxardı, Ramin Quluzadəyə yeni vəzifə verdi

2021-01-26
Türk şirkətləri Qarabağa milyonlarla dollar yatırır – Yeni iş yerləri açılacaq
SEÇMƏ

Türk şirkətləri Qarabağa milyonlarla dollar yatırır – Yeni iş yerləri açılacaq

2021-01-26
Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.
SEÇMƏ

Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

2021-01-25
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Füzulinin daha bir kəndindən videogörüntülər

Füzulinin daha bir kəndindən videogörüntülər

2021-01-27
Prezident QHT-lərlə bağlı fərman imzaladı

Prezident QHT-lərlə bağlı fərman imzaladı

2021-01-27
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.