“Facebook” səhifələrinizdə belə məsələləri yaza bilərsiniz” – Ziyafət Əsgərov

17 May 2019 - 15:38
93 oxunma

“Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük hissəsi büdcəyə daxil olmur”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa söyləyib.
F.Mustafa deyib ki, Azərbaycanda hava limaınnda, avtovağzalda giriş üçün vəsait ödənilir: “Vətəndaş hava limanına, avtovağzala taksi ilə gəlməlidir. Qısa müddətdə vətəndaş kimisə yola salırsa, yaxud harasa gedirsə, vəsait alınması düzgün deyil”.

Mədəniyyət sahəsindəki problemlərə toxunan deputat bildirib ki, Şəmistan Əlizamanlı kimi insanlara fəxri adlar verilməyib: “Şəmistan Əlizamanlıdan soruşdum ki, sizə hər hansı ad verilibmi? Mənə dedi ki, biz millətin hambalıyıq. Bu adamlar qiymətləndirilməli, onlara hərbi təqaüdlər verilməlidir”.

Vitse-spiker Ziyafət Əsgərov isə müzakirəyə çıxarılan qanun layihələrindən kənarda danışılmasını düzgün saymayıb: “Facebook” səhifələrinizdə belə məsələləri yaza bilərsiniz”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"