12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Fəzail Ağamalı: “Əli Kərimli radikallıqan imtina etsə,aramıza qatıla bilərdi

12 Sentyabr 2019, 17:28
Seçmə
A A
Fəzail Ağamalı: “Əli Kərimli radikallıqan imtina etsə,aramıza qatıla bilərdi

Ötən gün Bakıda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda dəyirmi masa keçirildi. Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyalar, qeyri-hökumət təşkilatları nümayəndələrinin, siyasi ekspertlərin və media  təmsilçilərinin iştirak etdiyi görüşdə yekun bəyanat imzalandı.

Görüşün təşkilatçısı olan “Ana Vətən” partiyasının sədri, deputat Fəzail Ağamalı toplantı barədə yekun təəssüratlarını Modern.az-a bölüşdü. Onunla söhbəti təqdim edirik:


– Fəzail müəllim, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini görüşə dəvət etməmişdiniz. Bu, birmənalı qarşılanmadı. Çoxları düşünür ki, belə bir görüşdə iştirak etməli, islaha ehtiyacı olan əsas qüvvə elə AXCP-dir. Həmin fikirlərlə razılaşırsınızmı?

– Mən açıqlamamda da bəyan etdim ki, Əli Kərimlini dəvət etsəm belə, tədbirə qatılmayacaqdı. Ən müxtəlif bəhanələrlə görüşdən boyun qaçıracaqdı. Əli Kərimlinin tutmuş olduğu yol, hərəkət və davranışları dünənki tədbirdə qarşıya qoyulmuş məsələ, müzakirə olunan məqamlarla uzlaşacaq deyil. Biz müxalifət partiyalarının iqtidar partiyası ilə bərabər müzakirə aparmaqda niyyəti ortaq nöqtələrin əldə edilməsi, barışa doğru atılan addımların vacibliyi idi. Əli Kərimlinin hərəkətlərində isə bu meyl özünü göstərmir. Düşünün ki, özümə hörmət etmədən Əli Kərimlini dəvət edirəm o qəbul etmir. Yaxud qəbul edərək, tədbiri pozmaq hədəfi ilə qatılıb, qeyri-etik mövqe nümayiş etdirir. Bu zaman tədbir isə nəticəsiz başa çatacaqdı. O öz mövqeyində düzəliş etsə, radikallıqan imtina etsə, xarici qüvvələrin təsirindən çıxsa, normal, sivil müxalifət mövqeyində özünü təsdiqləsə, aramıza qatıla bilərdi.

Əli Kərimli ilə aramızda şəxsi düşmənçilik yoxdur. Əksinə vaxtilə o,  Milli Məclisdə təhqir olunanda mən  etiraz etdim ki, belə təhqirlərə yol vermək millət vəkillərinə yaraşmaz.

O Azərbaycanın millət dövlət maraqlarına doğru addım atırsa, onunla əməkdaşlığa hazırıq. Şəxsən mən hazıram. Bütün bunların əksinə hərəkət edirsə, sözdə bir cür, əməldə tamamilə əksinə addım atırsa, əməkdaşlığımızdan söhbət gedə bilməz.

Biz bu gün dövlətçiliyimizin yanında olmalıyıq. Buna görə, bütün söyüşlərə, mənfi məqamlara son qoymaq lazımdır. Azərbaycan xalqına xidmət etmək üçün Azərbaycan xalqının yanında olmaq lazımdır.


– Müxalifət nümayəndələri arasında sözə ilk başlayan, tələb və  təkliflərlə çıxış edən Pənah Hüseyn oldu. Lakin onun bu dəfə daha konstruktiv mövqe nümayiş etdirməsi diqqət çəkdi. Pənah bəyin çıxışını necə qiymətləndirirsiniz?

– Pənah Hüseyn həmişə özünün fərqli mövqeyi ilə seçilən siyasətçilərdəndir. Mən onu uzun illərdir tanıyıram. O milli maraqları hər zaman üstün tutan, ona sadiq olan siyasətçidir. Bununla bərabər yenə də o, müxalifətdədir. Cəmiyyətdə gedən proseslərə, çatışmazlıqlara, özünün kəskin fikirlərini səsləndirib, iqtidarın apardığı siyasətə münasibətini ortaya qoyub. Amma o hər zaman milli maraqları, dövlətçiliyi özünün şəxsi ambisiyalarından üstün tutub. Dünənki “dəyirmi masa”da da Pənah Hüseyn bir daha öz baxışlarına, söykənmiş olduğu dəyərlərə, prinsiplərə sadiqliyini nümayiş etdirdi.


– Ümumi olaraq, sizi razı salan, yaxud narazı qaldığınız məqamlar nələr oldu?

– Bütövlükdə dünənki dəyirmi masanı yüksək qiymətləndirirəm. Baxmayaraq ki, mövzudan kənara çıxmalar, haqsız ittihamlar da oldu. Uzun illərdən bəri belə görüş olmamışdı. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov kimi iqtidarın nüfuzlu bir siması da orada iştirak edirdi. Sonda istisnasız olaraq, iştirakçılardan hər birinin imzası ilə bəyanat qəbul olundu. Çox şadam ki, bu “dəyirmi masa” qarşıya qoyduğu məqsədə çata bildi. Təəssüf edirəm, dəvət olunanların bəziləri hansısa səbəblər ucbatından tədbirə qatılmadı. Amma bundan dolayı bir incikliyim də yoxdur.


– Yenidən təşəbbüs göstərib, təşkilatçı kimi belə görüşü hazırlamaq istəyərsinizmi?

– Mən son çıxışımda da qeyd etdim ki, siyasi partiya təmsilçilərinin, müstəqil siyasi ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, media təmsilçilərinin iştirakı ilə belə toplantılar davamlı keçirilsin. Çox istərdim ki, gələcək görüşlərimizdə dəvət olunan bütün partiyalar, şəxslər iştirak etsinlər. Düşünürəm, biz buzu sındıra bildik, bu sindromu aradan qaldıra bildik. Hər birimiz, xüsusilə ölkə iqtidarı iqtidar-müxalifət dialoqunda maraqlıdır. Bir müddət əvvəl prezidentin ictmai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov səviyyəsində ciddi açıqlamalar səsləndirilmişdi. Mən çox arzulayardım ki, bu rəsmi açıqlamalara əks qütbdə dayanan müxalifət təmsilçiləri də adekvat mövqe ilə yanaşsınlar.

Əvvəlki yazı

Zakir Fərəcovun 12 milyonluq müqaviləsi – “Ximekspress”in sahibi kimdir?

Sonrakı yazı

Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.