“Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz”- Psixoloqdan efirdə qalmaqallı sözlər

19 İyun 2018 - 02:13
1835 oxunma

 

 

 

 

 

 

 

 

 

 

“Space” telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan “Onda başladıq” verilişində psixoloq Könül Cəfərova gözlənilməz fikirlər səsləndirib.

Reportyor.info-nun  ölkə.az-a istinadən məlumatına görə, hüquqşünas Türkel Süleymanlının Milli Qəhrəman Mübariz İbrahimovla 20 yanvar hadisələrində şəhid olmuş İlham və Fərizəni müqayisə etməsi psixoloq tərəfindən etirazla qarşılanıb:

“İlham və Fərizə əsl Leyli və Məcnundur. Biz Mübariz İbrahimovu və İlhamla Fərizəni real qəhrəmanlarımız kimi təbliğ edə bilərik. Fərizə Şəhidlər Xiyabanında güllə dəymədən ölən yeganə şəhidimizdir”.

Hüquqşünasın bu fikirlərinə qarşılıq verən psixoloq Fərizəni şəhid saymadığını söyləyib:

“Özünə qəsd etmək şəhidlik zirvəsi demək deyil ki. İnsan sevgisini içidə qoruyub saxlayaraq da yaşaya bilər. Mübariz İbrahimovla İlham və Fərizə başqa mövzulardır. Biz nəyi təbliğ edirik. Kiminsə həyat yoldaşı şəhid olursa, o da intihar etməli deyil ki”.

Verilişin aparcısı Kamran Həsənli isə Fərizəni sevgi şəhidi adlandırıb:

“Onun həm vətəninə, həm də həyat yoldaşına böyük sevgisi olub”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"