05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Fərhad Əliyevdən başqa hamısı müxalifətə qoşulub” – Araz Əlizadə

15 May 2020, 12:16
Siyasət
A A
“Fərhad Əliyevdən başqa hamısı müxalifətə qoşulub” – Araz Əlizadə

Ölkədə rüşvətxor məmurların həbsi davam edir. Burada hələlik aparıcı yeri icra başçıları tutur. Lakin bu o demək deyil ki, DTX-nın keçirdiyi əməliyyatlar təkcə icra başçılarının həbsi ilə məhdudlaşır.

Belə ki, artıq Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da həbs edilib. İki gün əvvəl İsə DSX-nın üç rütbəli zabiti saxlanılıb. Yenisabah.az-ın mövzu ilə əlaqəli budəfəki müsahibi Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadədir:

– Araz bəy, bildiyiniz kimi, DTX tərəfindən rüşvətxor və korrupsioner məmurlara qarşı əməliyyatlar həyata keçirilib, artıq 5 icra başçısı, Mədəniyyət nazirinin müavini və digər rütbəli şəxslər həbs olunub. DTX-nın həyata keçirdiyi bu həbsləri necə qiymətləndirirsiz? 

– Mən bunu müsbət qiymətləndirirəm. Dövlətə, xalqın mənafeyinə zidd hərəkət edənlər bilməlidirlər ki, öz layiqli cəzalarını alacaqlar. Bunu çoxdan eləmək lazım idi.

– Beş ay bundan əvvəl Ağstafanın icra başçısı həbs olundu, amma digər icra başçıları yenə də öz əməllərindən əl çəkmədilər. Bunun səbəbi nədir? Niyə bir məmurun həbsi digərlərinə görk olmur?

– Ağıllı adam özgələrinin səhvindən dərs çıxarır, əbləh adam isə heç öz səhvlərindən də nəticə çıxarmır. Deməli, bu kadrlar yerləşdiriləndə səhvlik olub.

– Bu kadrların təqdimatını kim verib? Necə olub ki, onlar yüksək postlara sahiblənə biliblər?

– Kadrların yerləşdirilməsi böyük bir prosesin nəticəsində baş verir. Onlar bir gündə, beş gündə vəzifəyə təyin olunmurlar.

– Hesab edirsiz ki, onlar “köhnə qvardiya” deyilən keçmiş oliqarx-məmurların kadrlarıdır? 

– Onları işə götürəndə hərtərəfli yoxlamalar aparılıb. Deməli, kimsə vaxtında öz vəzifə borcunu düzgün yerinə yetirməyib.

– Araz bəy, sizcə, bu həbslər ölkədə korrupsiyanın kökünü tamamilə kəsəcək? 

– Bəli, ümid edirəm ki, elə olacaq.

– Şəffaf cəmiyyət qurmaq, məmurların xalqa xidmət etməsini təmin etmək üçün başqa hansı addımlar atılmalıdır? Partiya sədri kimi təklifləriniz nədən ibarətdir? 

– Hər kəs özündən başlamalıdır, hər kəs öz əməllərinə cavab verməlidir və dərk etməlidir ki, xalqın qarşısında məsuliyyət daşıyır. Əgər xalqı, vətəni sevmirlərsə, əldən heç nə gəlmir. Quyuya su tökməklə quyuda su olmaz.

– Belə bir iddia var ki, həbs edilənlər kilkələrdir. Obrazlı desək, akulalar, yəni daha yüksək rütbəli məmurlar həbslərdən kənarda qalırlar. Siz bu iddialarla razısınızmı? Bu həbslərin yüksək rütbəliləri də əhatə etməsini gözləyirsinizmi?

– Nazir müavini, icra başçıları həbs edilib. Daha hansı yüksək vəzifəli şəxslərin həbs olunmasını istəyirlər? Nazir həbs edilmişdi, indi çıxıb olub müxalifətçi… Odur ki, bu onunla bağlı məsələ deyil, kim rüşvət alır, o da həbs edilir. Rüşvət xərçəng kimi bir xəstəlikdir, onun qarşısını almaq üçün gərək çox sərt tədbirlər görülsün. Hər kəs bilməlidir ki, gec-tez haqq yerini tapacaq.

– Sizin fikrinizdən bu qənaətə gəlmək olar ki, hansısa yüksək rütbəli şəxsi həbs eləsələr, çıxdıqdan sonra müxalifətə qoşulub, hakimiyyətə qarşı çıxış edəcək? 

– Hər halda təcrübə bunu göstərir ki, Fərhad Əliyevdən başqa həbsdən çıxanların hamısı müxalifətə qoşulub.

Əvvəlki yazı

Əli Həsənova cinayət işi açıla bilər

Sonrakı yazı

İcra başçısı dağı satın aldı – Foto

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.